Təmizlənmə və onun sünnələri

Uca Allah dəstəmaz haqda nələri əmr etmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا حَجَّاجٌ ، حَدَّثَنَا هَمَّامٌ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ , حَدَّثَنِي عَلِيُّ بْنُ يَحْيَى بْنِ خَلاَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمِّهِ رِفَاعَةَ بْنِ رَافِعٍ ، أَنَّهُ كَانَ جَالِسًا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : إِنَّهَا لاَ تَتِمُّ صَلاَةٌ لأَحَدٍ ، حَتَّى يُسْبِغَ الْوُضُوءَ , كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى ، يَغْسِلُ وَجْهَهُ وَيَدَيْهِ إِلَى الْمِرْفَقَيْنِ ، وَيَمْسَحُ بِرَأْسِهِ ، وَرِجْلَيْهِ إِلَى الْكَعْبَيْنِ.

“Rəvayət edilir ki, bir dəfə Rifaə ibn Rafi ﵁ Peyğəmbərin ﷺ yanında oturmuşdu. Peyğəmbər ﷺ dedi: “Həqiqətən, dəstəmazı Uca Allahın əmr etdiyi kimi kamil şəkildə almayanın namazı tam olmaz: üzləri və qolları dirsəklərə qədər yumaq, başa məsh etmək, ayaqları topuqlara qədər yumaq”.”

Rifaə ibn Rafi
Səhih

İstinad

İbn Məcə, 460 (Təharət, 194)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri