Yemək yeməyən südəmər oğlan uşağının sidiyi haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُجَاهِدُ بْنُ مُوسَى ، وَالْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ , قَالُوا : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا يَحْيَى بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا مُحِلُّ بْنُ خَلِيفَةَ ، حَدَّثَنِي أَبُو السَّمْحِ ، قَالَ : كُنْتُ خَادِمَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَجِيءَ بِالْحَسَنِ أَوِ الْحُسَيْنِ ، فَبَالَ عَلَى صَدْرِهِ ، فَأَرَادُوا أَنْ يَغْسِلُوهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : رُشَّهُ ، فَإِنَّهُ يُغْسَلُ بَوْلُ الْجَارِيَةِ ، وَيُرَشُّ بَوْلُ الْغُلاَمِ.
“Rəvayət edilir ki, Əbu əs-Səmh ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ xidmətçisi idim. Həsən və ya Hüseyn onun yanına gətirildi. Uşaq onun sinə hissəsinə sidik ifraz etdi. Orada olanlar onun paltarını yumaq istədilər, lakin Allah Elçisi ﷺ buyurdu: “Ora su səpin! Həqiqətən, südəmər qız uşağının sidiyi yuyulmaqla, oğlan uşağının sidiyi isə üzərinə su səpilməklə təmizlənir”.”
İstinad
İbn Məcə, 526 (Təharət, 260)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri