Təmizlənmə və onun sünnələri

Yemək yeməyən südəmər oğlan uşağının sidiyi haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، حَدَّثَنَا أُسَامَةُ بْنُ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أُمِّ كُرْزٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : بَوْلُ الْغُلاَمِ يُنْضَحُ ، وَبَوْلُ الْجَارِيَةِ يُغْسَلُ. قَالَ أَبُو الْحَسَنِ بْنُ سَلَمَةَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ مُوسَى بْنِ مَعْقِلٍ ، حَدَّثَنَا أَبُو الْيَمَانِ الْمِصْرِيُّ ، قَالَ : سَأَلْتُ الشَّافِعِيَّ عَنْ حَدِيثِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُرَشُّ مِنْ بَوْلِ الْغُلاَمِ ، وَيُغْسَلُ مِنْ بَوْلِ الْجَارِيَةِ ، وَالْمَاءَانِ جَمِيعًا وَاحِدٌ , قَالَ : لأَنَّ بَوْلَ الْغُلاَمِ مِنَ الْمَاءِ وَالطِّينِ ، وَبَوْلَ الْجَارِيَةِ مِنَ اللَّحْمِ وَالدَّمِ ، ثُمَّ قَالَ لِي : فَهِمْتَ ؟ أَوْ قَالَ : لَقِنْتَ ؟ قَالَ : قُلْتُ : لاَ , قَالَ : إِنَّ اللَّهَ لَمَّا خَلَقَ آدَمَ ، خُلِقَتْ حَوَّاءُ مِنْ ضِلْعِهِ الْقَصِيرِ ، فَصَارَ بَوْلُ الْغُلاَمِ مِنَ الْمَاءِ وَالطِّينِ ، وَصَارَ بَوْلُ الْجَارِيَةِ مِنَ اللَّحْمِ وَالدَّمِ , قَالَ : قَالَ لِي : فَهِمْتَ ؟ قُلْتُ : نَعَمْ , قَالَ : قَالَ لِي : نَفَعَكَ اللَّهُ به.

“Ummu Kurz ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Südəmər oğlan uşağının sidiyi su səpməklə təmizlənir. Qız uşağının sidiyi isə yuyulmaqla təmizlənir”. ...Əbul-Yəmən əl-Misri dedi: “Mən Şafiidən Peyğəmbərin ﷺ “Südəmər oğlan uşağının sidiyi su səpməklə, qız uşağının sidiyi isə yuyulmaqla təmizlənir” hədisini söyləyərək soruşdum: “Axı onların ikisinin də sidiyi eyni mayedir”. O dedi: “Oğlan uşağının sidiyi su və palçıqdandır. Qız uşağının sidiyi isə ətdən və qandandır”. Sonra mənə dedi: “Başa düşdün?” Mən dedim: “Xeyr”. O dedi: “Həqiqətən, Allah Adəmi yaratdıqda Həvvanı Adəmin qısa qabırğasından yaratmışdır. Ona görə də, oğlan uşağının sidiyi su və palçıqdandır. Qız uşağının sidiyi isə ətdən və qandandır”. O mənə dedi: “Başa düşdün?” Mən: “Bəli” dedim. Sonra mənə dedi: “Allah səni bununla faydalandırsın!””

Ummu Kurz
Səhih

İstinad

İbn Məcə, 527 (Təharət, 261)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri