Təmizlənmə və onun sünnələri

Təyəmmüm haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , أَنَّهَا اسْتَعَارَتْ مِنْ أَسْمَاءَ قِلاَدَةً ، فَهَلَكَتْ , فَأَرْسَلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُنَاسًا فِي طَلَبِهَا ، فَأَدْرَكَتْهُمُ الصَّلاَةُ ، فَصَلَّوْا بِغَيْرِ وُضُوءٍ ، فَلَمَّا أَتَوُا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , شَكَوْا ذَلِكَ إِلَيْهِ ، فَنَزَلَتْ آيَةُ التَّيَمُّمِ , فَقَالَ أُسَيْدُ بْنُ حُضَيْرٍ : جَزَاكِ اللَّهُ خَيْرًا ، فَوَاللَّهِ مَا نَزَلَ بِكِ أَمْرٌ قَطُّ ، إِلاَّ جَعَلَ اللَّهُ لَكِ مِنْهُ مَخْرَجًا ، وَجَعَلَ لِلْمُسْلِمِينَ فِيهِ بَرَكَةً.

“Aişə ﵂ rəvayət edir ki, bacısı Əsmadan əmanət olaraq bir boyunbağı götürmüşdü və səfərdə bu boyunbağını itirdi. Peyğəmbər ﷺ insanları onu axtarmaq üçün göndərmişdi. Namazın vaxtı çatdıqda dəstəmaz almağa su tapılmadığına görə namazı dəstəmazsız qıldılar. Peyğəmbərin ﷺ yanına getdikdə bunu ona şikayət etdilər. Bu zaman təyəmmüm ayəsi nazil oldu. Useyd ibn Hudeyr Aişəyə dedi: “Allah səni xeyirlə mükafatlandırsın! Allaha and olsun ki, sənin başına gələn hər bir hadisədə Allah sənə çıxış yolu vermiş və bunu da müsəlmanlar üçün bərəkətli etmişdir”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 568 (Təharət, 302)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri