Əlləri yerə bir dəfə vurmaqla təyəmmüm etmək haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ ذَرٍّ ، عَنْ ابْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبْزَى ، عَنْ أَبِيهِ , أَنَّ رَجُلاً أَتَى عُمَرَ بْنَ الْخَطَّابِ ، فَقَالَ : إِنِّي أَجْنَبْتُ ، فَلَمْ أَجِدِ الْمَاءَ ، قَالَ عُمَرُ : لاَ تُصَلِّ ، فَقَالَ عَمَّارُ بْنُ يَاسِرٍ : أَمَا تَذْكُرُ يَا أَمِيرَ الْمُؤْمِنِينَ , إِذْ أَنَا وَأَنْتَ فِي سَرِيَّةٍ ، فَأَجْنَبْنَا ، فَلَمْ نَجِدِ الْمَاءَ ، فَأَمَّا أَنْتَ , فَلَمْ تُصَلِّ ، وَأَمَّا أَنَا , فَتَمَعَّكْتُ فِي التُّرَابِ ، فَصَلَّيْتُ ، فَلَمَّا أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : إِنَّمَا كَانَ يَكْفِيكَ , وَضَرَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِيَدَيْهِ إِلَى الأَرْضِ ، ثُمَّ نَفَخَ فِيهِمَا ، وَمَسَحَ بِهِمَا وَجْهَهُ وَكَفَّيْهِ.
“İbn Abdur-Rahmən ibn Əbzə atasından ﵀ rəvayət edir ki, bir kişi Ömər ibn əl-Xattabın yanına gələrək dedi: “Mən cənabət halına düşmüşəm və su tapa bilmirəm”. Ömər dedi: “Namaz qılma!” Əmmar ibn Yasir isə dedi: “Məgər yadına gəlmirmi, ey möminlərin əmiri!? Biz ikimiz də bir döyüşdə cənabət halında idik, lakin su tapa bilmirdik. Sən namaz qılmadın, mən isə torpaqda ağnadıqdan (torpağa bələndikdən) sonra namaz qıldım. Sonra Allah Elçisinin ﷺ yanına getdikdə hadisəni ona danışdım. O: “Sənə belə etmək kifayət edərdi”- deyib ovcunu torpağa vurdu, sonra onlara üfürüb üzünə və əllərinə məsh etdi”.”
İstinad
İbn Məcə, 569 (Təharət, 303)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri