Cənabət qüslu haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ كُرَيْبٍ , مَوْلَى ابْنِ عَبَّاسٍ ، حَدَّثَنَا ابْنُ عَبَّاسٍ ، عَنْ خَالَتِهِ مَيْمُونَةَ , قَالَتْ : وَضَعْتُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ غُسْلاً , فَاغْتَسَلَ مِنَ الْجَنَابَةِ ، فَأَكْفَأَ الإِنَاءَ بِشِمَالِهِ عَلَى يَمِينِهِ ، فَغَسَلَ كَفَّيْهِ ثَلاَثًا ، ثُمَّ أَفَاضَ عَلَى فَرْجِهِ ، ثُمَّ دَلَكَ يَدَهُ بِالأَرْضِ ، ثُمَّ مَضْمَضَ ، وَاسْتَنْشَقَ ، وَغَسَلَ وَجْهَهُ ثَلاَثًا ، وَذِرَاعَيْهِ ثَلاَثًا ، ثُمَّ أَفَاضَ الْمَاءَ عَلَى سَائِرِ جَسَدِهِ ، ثُمَّ تَنَحَّى ، فَغَسَلَ رِجْلَيْهِ.
“Rəvaət edilir ki, İbn Abbasın ﵄ xalası Məymunə ﵂ demişdir: “Mən Peyğəmbərin ﷺ qüsl alması üçün su hazırladım. O, cənabət qüslu aldı - əvvəlcə qabdan sol əli ilə sağ əlinə su tökdü və əllərini üç dəfə yudu. Sonra övrət yerinə su töküb yuduqdan sonra əlini torpağa sürtərək yudu. Sonra ağzını və burnunu yaxaladı, üzünü üç dəfə yudu, qollarını üç dəfə yuduqdan sonra bədəninin qalan hissələrinə su töküb yudu. Sonda isə kənara çəkilib ayaqlarını yudu”.”
İstinad
İbn Məcə, 573 (Təharət, 307)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri