Təmizlənmə və onun sünnələri

Cənabət qüslu haqda

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ صُرَدٍ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، قَالَ : تَمَارَوْا فِي الْغُسْلِ مِنَ الْجَنَابَةِ عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَمَّا أَنَا ، فَأُفِيضُ عَلَى رَأْسِي ثَلاَثَ أَكُفٍّ.

“Rəvayət edilir ki, Cubeyr ibn Mutim ﵁ demişdir: “Səhabələr Allah Elçisinin ﷺ yanında cənabət qüslu haqda müzakirə etdikdə Allah Elçisi ﷺ buyurdu: “O ki qaldı mənə, mən başımın üzərindən üç ovuc su tökürəm”.”

Cubeyr ibn Mutim
Səhih

İstinad

İbn Məcə, 575 (Təharət, 309)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri