Təmizlənmə və onun sünnələri

İstihazə olan qadının heyz günlərinin vaxtı dəyişdikdə nə etməli olduğu haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْجَرَّاحِ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ (ح) وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , قَالَتْ : جَاءَتْ فَاطِمَةُ بِنْتُ أَبِي حُبَيْشٍ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي امْرَأَةٌ أُسْتَحَاضُ ، فَلاَ أَطْهُرُ ، أَفَأَدَعُ الصَّلاَةَ ، قَالَ : لاَ ، إِنَّمَا ذَلِكِ عِرْقٌ ، وَلَيْسَ بِالْحَيْضَةِ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ ، فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ ، فَاغْسِلِي عَنْكِ الدَّمَ ، وَصَلِّي. هَذَا حَدِيثُ وَكِيعٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Fatimə bint Əbu Hubeyş Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən istihazə olan bir qadınam və (qan dayanmır deyə) təmizlənmirəm. Mən namazı tərk edimmi?” O dedi: “Xeyr, bu, (xəstəlik səbəbi ilə) gələn qandır, heyz deyil. Heyzin vaxtı gəldikdə namazı tərk et. (Heyz) qurtardıqda isə üzərindən qanı təmizləyərək qüsl al və namaz qıl”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 621 (Təharət, 355)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri