Təmizlənmə və onun sünnələri

İstihazə olan qadının heyz günlərinin vaxtı dəyişdikdə nə etməli olduğu haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ , إِمْلاَءً عَلَيَّ مِنْ كِتَابِهِ ، وَكَانَ السَّائِلُ غَيْرِي ، أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ طَلْحَةَ ، عَنْ عُمَرَ بْنِ طَلْحَةَ ، عَنْ أُمِّ حَبِيبَةَ بِنْتِ جَحْشٍ ، قَالَتْ : كُنْتُ أُسْتَحَاضُ حَيْضَةً كَثِيرَةً طَوِيلَةً ، قَالَتْ : فَجِئْتُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَسْتَفْتِيهِ وَأُخْبِرُهُ ، قَالَتْ : فَوَجَدْتُهُ عِنْدَ أُخْتِي زَيْنَبَ ، قَالَتْ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي إِلَيْكَ حَاجَةً ، قَالَ : وَمَا هِيَ ؟ أَيْ هَنْتَاهْ , قُلْتُ : إِنِّي أُسْتَحَاضُ حَيْضَةً طَوِيلَةً كَبِيرَةً ، وَقَدْ مَنَعَتْنِي الصَّلاَةَ وَالصَّوْمَ ، فَمَا تَأْمُرُنِي فِيهَا ؟ قَالَ : أَنْعَتُ لَكِ الْكُرْسُفَ ، فَإِنَّهُ يُذْهِبُ الدَّمَ , قُلْتُ : هُوَ أَكْثَرُ , فَذَكَرَ نَحْوَ حَدِيثِ شَرِيكٍ.

“Rəvayət edilir ki, Ummu Həbibə bint Cəhş ﵂ demişdir: “Mən çox və uzun müddət heyz olurdum. Peyğəmbərin ﷺ yanına gedib bu haqda ona demək istədikdə onun yanında bacım Zeynəbi gördüm. Mən dedim: “Ey Allahın Elçisi, mən bir ehtiyacdan ötrü sənin yanına gəlmişəm”. O dedi: “O nədir, ey balaca qadın?” Mən dedim: “Mən çox və uzun müddət heyz oluram. Bu mənə namaz qılmağa və oruc tutmağa mane olur. Buna görə mənə nə əmr edirsən?” Peyğəmbər ﷺ dedi: “Sənə bir bez bağlamağını tövsiyə edirəm. Bu, qanın qarşısını alar”. Mən dedim: “Axı qan çoxdur”. Sonra yuxarıda olan ravi Şərikin hədisini qeyd etdi.”

Ummu Həbibə bint Cəhş
Səhih

İstinad

İbn Məcə, 622 (Təharət, 356)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri