Təmizlənmə və onun sünnələri

Heyz günlərinin vaxtı bilinməyən qadın haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّ عَائِشَةَ , زَوْجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَتْ : اسْتُحِيضَتْ أُمُّ حَبِيبَةَ بِنْتُ جَحْشٍ , وَهِيَ تَحْتَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ سَبْعَ سِنِينَ ، فَشَكَتْ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ هَذِهِ لَيْسَتْ بِالْحَيْضَةِ ، وَإِنَّمَا هُوَ عِرْقٌ ، فَإِذَا أَقْبَلَتِ الْحَيْضَةُ ، فَدَعِي الصَّلاَةَ ، وَإِذَا أَدْبَرَتْ ، فَاغْتَسِلِي وَصَلِّي. قَالَتْ عَائِشَةُ : فَكَانَتْ تَغْتَسِلُ لِكُلِّ صَلاَةٍ ، ثُمَّ تُصَلِّي ، وَكَانَتْ تَقْعُدُ فِي مِرْكَنٍ لأُخْتِهَا زَيْنَبَ بِنْتِ جَحْشٍ ، حَتَّى إِنَّ حُمْرَةَ الدَّمِ لَتَعْلُو الْمَاءَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Ummu Həbibə bint Cəhş istihazə olurdu. O, Abdur-Rahmən ibn Aufun yeddi il idi ki, zövcəsi idi. O bu haqda Peyğəmbərə ﷺ şikayət etdikdə Peyğəmbər ﷺ dedi: “Bu, heyz qanı deyil, (xəstəlik səbəbi ilə) damardan gələn qandır. Heyz başladıqda isə namazdan kənar dur. Heyz vaxtın qurtardıqda qüsl al və namaz qıl”. Aişə dedi: “O hər namaz üçün yuyunar və namaz qılardı. O, Allah Elçisinin ﷺ zövcəsi olan bacısı Zeynəb bint Cəhşin otağında yuyunar və onun yuyunduğu ləyəndə çoxlu qan görsənərdi. Bu hal onu namazdan uzaqlaşdırmazdı”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 626 (Təharət, 360)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri