Bakirə olub çoxlu heyz olan və ya heyz günlərinin vaxtını unudan qadın haqda nə rəvayət edilmişdir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا شَرِيكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ طَلْحَةَ ، عَنْ عَمِّهِ عِمْرَانَ بْنِ طَلْحَةَ ، عَنْ أُمِّهِ حَمْنَةَ بِنْتِ جَحْشٍ , أَنَّهَا اسْتُحِيضَتْ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَتْ : إِنِّي اسْتُحِضْتُ حَيْضَةً مُنْكَرَةً شَدِيدَةً ، قَالَ لَهَا : احْتَشِي كُرْسُفًا , قَالَتْ لَهُ : إِنَّهُ أَشَدُّ مِنْ ذَلِكَ ، إِنِّي أَثُجُّ ثَجًّا ، قَالَ : تَلَجَّمِي ، وَتَحَيَّضِي فِي كُلِّ شَهْرٍ فِي عِلْمِ اللهِ سِتَّةَ أَيَّامٍ ، أَوْ سَبْعَةَ أَيَّامٍ ، ثُمَّ اغْتَسِلِي غُسْلاً ، فَصَلِّي ، وَصُومِي ثَلاَثَةً وَعِشْرِينَ ، أَوْ أَرْبَعَةً وَعِشْرِينَ ، وَأَخِّرِي الظُّهْرَ ، وَقَدِّمِي الْعَصْرَ ، وَاغْتَسِلِي لَهُمَا غُسْلاً ، وَأَخِّرِي الْمَغْرِبَ ، وَعَجِّلِي الْعِشَاءَ ، وَاغْتَسِلِي لَهُمَا غُسْلاً ، وَهَذَا أَحَبُّ الأَمْرَيْنِ إِلَيَّ.
“Rəvayət edilir ki, Həmnə bint Cəhş ﵂ Allah Elçisinin ﷺ dövründə istihazə olurdu və Peyğəmbərin ﷺ yanına gəlib ona dedi: “Mən çox şiddətli şəkildə istihazə oluram”. Allah Elçisi ﷺ ona dedi: “Bir əski parçası ilə onun qarşısını al!” Həmnə dedi: “Qan çox gəlir deyə əski onu saxlamayacaq”. Peyğəmbər ﷺ dedi: “Qan gələn yeri əski ilə möhkəm bağla, sonra hər ay Allahın sənə təqdir etdiyi altı və ya yeddi gün özünü heyzli hesab et. Sonra qüsl al və iyirmi üç və ya iyirmi dörd gün namaz qıl və oruc tut. Zöhr namazını gecikdirib Əsr namazını tezləşdir və iki namaz üçün bir dəfə təmizlən. Məğrib namazını gecikdirib İşa namazını tezləşdir və iki namaz üçün bir dəfə təmizlən. Bu iş (hökm) mənim üçün daha sevimlidir”.”
İstinad
İbn Məcə, 627 (Təharət, 361)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri