Heyzli qadınla yemək yemək və onun yediyinin artığı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو الْوَلِيدِ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ الْيَهُودَ كَانُوا لاَ يَجْلِسُونَ مَعَ الْحَائِضِ فِي بَيْتٍ ، وَلاَ يَأْكُلُونَ , وَلاَ يَشْرَبُونَ ، قَالَ : فَذُكِرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَنْزَلَ اللَّهُ : {وَيَسْأَلُونَكَ عَنِ الْمَحِيضِ قُلْ هُوَ أَذًى فَاعْتَزِلُوا النِّسَاءَ فِي الْمَحِيضِ} فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اصْنَعُوا كُلَّ شَيْءٍ ، إِلاَّ الْجِمَاعَ.
“Ənəs ﵁ rəvayət edir ki, yəhudilər evdə heyz olan qadının yanında oturmaz, bir yerdə yemək yeməz və su içməzdilər. Bu, Peyğəmbərə ﷺ deyildikdə Allah bu ayələri nazil etdi: “Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla cinsi əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da” (əl-Bəqərə, 222). Allah Elçisi ﷺ buyurdu: “Cinsi yaxınlıqdan savayı istədiyinizi edin (istədiyiniz kimi əylənin)”.”
İstinad
İbn Məcə, 644 (Təharət, 378)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri