Təmizlənmə və onun sünnələri

Heyzlinin təmizləndikdən sonra gələn sarımtıl və bulanıqlıq görməsi haqda nə rəvayət olunmuşdur?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، عَنْ شَيْبَانَ النَّحْوِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ بَكْرٍ , أَنَّهَا أَخْبَرَتْ , أَنَّ عَائِشَةَ , قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الْمَرْأَةِ تَرَى مَا يَرِيبُهَا بَعْدَ الطُّهْرِ , قَالَ : إِنَّمَا هِيَ عِرْقٌ ، أَوْ عُرُوقٌ. قَالَ مُحَمَّدُ بْنُ يَحْيَى : يُرِيدُ بَعْدَ الطُّهْرِ بَعْدَ الْغُسْلِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ heyzdən təmizləndikdən sonra nəyinsə gəlməsini görən qadın haqda dedi: “Bu, damardan və ya damarlardan gələn bir şeydir”. Ravi Muhəmməd ibn Yəhyə deyir: “Təmizləndikdən sonra” , yəni “qüsl aldıqdan sonra”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 646 (Təharət, 380)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri