Təmizlənmə və onun sünnələri

Dəstəmaz aldıqda əzalardan hansısa hissənin quru qalması haqda nə rəvayət edilmişdir?

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا ابْنُ وَهْبٍ (ح) وَحَدَّثَنَا ابْنُ حُمَيْدٍ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، قَالاَ : حَدَّثَنَا ابْنُ لَهِيعَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ , قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَجُلاً تَوَضَّأَ ، فَتَرَكَ مَوْضِعَ الظُّفْرِ عَلَى قَدَمِهِ ، فَأَمَرَهُ أَنْ يُعِيدَ الْوُضُوءَ وَالصَّلاَةَ , قَالَ : فَرَجَعَ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Allah Elçisi ﷺ bir kişinin dəstəmaz aldığını və ayaq dırnağının yuyulmadığını gördü. Ona dəstəmazını və namazını yenidən yerinə yetirməsini əmr etdi. Həmin adam da elə etdi.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

İbn Məcə, 666 (Təharət, 400)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri