Namaz vaxtları fəsilləri
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ , وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالاَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، أَخْبَرَنَا سُفْيَانُ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا مَخْلَدُ بْنُ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَسَأَلَهُ عَنْ وَقْتِ الصَّلاَةِ ، فَقَالَ : صَلِّ مَعَنَا هَذَيْنِ الْيَوْمَيْنِ , فَلَمَّا زَالَتِ الشَّمْسُ ، أَمَرَ بِلاَلاً فَأَذَّنَ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ الظُّهْرَ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ بَيْضَاءُ نَقِيَّةٌ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْعِشَاءَ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْفَجْرَ حِينَ طَلَعَ الْفَجْرُ ، فَلَمَّا كَانَ مِنَ الْيَوْمِ الثَّانِي , أَمَرَهُ فَأَذَّنَ الظُّهْرَ ، فَأَبْرَدَ بِهَا ، وَأَنْعَمَ أَنْ يُبْرِدَ بِهَا ، ثُمَّ صَلَّى الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، أَخَّرَهَا فَوْقَ الَّذِي كَانَ ، وَصَلَّى الْمَغْرِبَ قَبْلَ أَنْ يَغِيبَ الشَّفَقُ ، وَصَلَّى الْعِشَاءَ بَعْدَ مَا ذَهَبَ ثُلُثُ اللَّيْلِ ، وَصَلَّى الْفَجْرَ , فَأَسْفَرَ بِهَا , ثُمَّ قَالَ : أَيْنَ السَّائِلُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ فَقَالَ الرَّجُلُ : أَنَا يَا رَسُولَ اللهِ ، قَالَ : وَقْتُ صَلاَتِكُمْ بَيْنَ مَا رَأَيْتُمْ.
“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib namazın vaxtları haqda soruşdu. Peyğəmbər ﷺ ona: “Bizimlə birlikdə iki gün namaz qıl”- dedi. Allah Elçisi ﷺ günəş zenitdən keçdikdə Bilala azan verməsini əmr etdi. Sonra Zöhr namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra günəş ağappaq olduqda Əsr namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra günəş batdıqda Məğrib namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra şəfəq batdıqda İşanı namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra səhər vaxtı dan yeri söküləndə Sübh namazını qılmaq üçün iqamə deməsini əmr etdi. İkinci gün olduqda Zöhr namazını qılmaq üçün azan verilməsini əmr etdi və Zöhr namazını sərinlik düşənə qədər gecikdirdi. Sonra günəş hələ yüksəkdə olarkən ilk günkü vaxtdan sonraya gecikdirərək Əsr namazını qıldı. Sonra şəfəq itmədən qabaq Məğrib namazını qıldı. Sonra İşa namazını gecənin üçdə biri qurtardıqda qıldı. Sonra hava aydınlaşdıqdan sonra (günəş çıxmamış) Sübh namazını qıldı. Sonra da dedi: “Namazın vaxtları haqda sual verən haradadır?” Həmin kişi dedi: “Mən burdayam, ey Allahın Elçisi!” O buyurdu: “Bu iki vaxt arasında olan müddət sizin namaz vaxtlarınızdır”.”
İstinad
İbn Məcə, 667 (Namaz, 1)
Sunən İbn Məcə — Namaz kitabı