Sunən İbn MəcəNamaz kitabı

Kitab 2

Namaz kitabı

كِتَابُ الصَّلاَةِ

38

hədis

Fəsil 1

Namaz vaxtları fəsilləri

أَبْوَابُ مَوَاقِيتِ الصَّلاَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ , وَأَحْمَدُ بْنُ سِنَانٍ ، قَالاَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ الأَزْرَقُ ، أَخْبَرَنَا سُفْيَانُ (ح) وَحَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا مَخْلَدُ بْنُ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَسَأَلَهُ عَنْ وَقْتِ الصَّلاَةِ ، فَقَالَ : صَلِّ مَعَنَا هَذَيْنِ الْيَوْمَيْنِ , فَلَمَّا زَالَتِ الشَّمْسُ ، أَمَرَ بِلاَلاً فَأَذَّنَ ، ثُمَّ أَمَرَهُ فَأَقَامَ الظُّهْرَ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ بَيْضَاءُ نَقِيَّةٌ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْمَغْرِبَ حِينَ غَابَتِ الشَّمْسُ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْعِشَاءَ حِينَ غَابَ الشَّفَقُ ، ثُمَّ أَمَرَهُ , فَأَقَامَ الْفَجْرَ حِينَ طَلَعَ الْفَجْرُ ، فَلَمَّا كَانَ مِنَ الْيَوْمِ الثَّانِي , أَمَرَهُ فَأَذَّنَ الظُّهْرَ ، فَأَبْرَدَ بِهَا ، وَأَنْعَمَ أَنْ يُبْرِدَ بِهَا ، ثُمَّ صَلَّى الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ ، أَخَّرَهَا فَوْقَ الَّذِي كَانَ ، وَصَلَّى الْمَغْرِبَ قَبْلَ أَنْ يَغِيبَ الشَّفَقُ ، وَصَلَّى الْعِشَاءَ بَعْدَ مَا ذَهَبَ ثُلُثُ اللَّيْلِ ، وَصَلَّى الْفَجْرَ , فَأَسْفَرَ بِهَا , ثُمَّ قَالَ : أَيْنَ السَّائِلُ عَنْ وَقْتِ الصَّلاَةِ ؟ فَقَالَ الرَّجُلُ : أَنَا يَا رَسُولَ اللهِ ، قَالَ : وَقْتُ صَلاَتِكُمْ بَيْنَ مَا رَأَيْتُمْ.

“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib namazın vaxtları haqda soruşdu. Peyğəmbər ﷺ ona: “Bizimlə birlikdə iki gün namaz qıl”- dedi. Allah Elçisi ﷺ günəş zenitdən keçdikdə Bilala azan verməsini əmr etdi. Sonra Zöhr namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra günəş ağappaq olduqda Əsr namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra günəş batdıqda Məğrib namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra şəfəq batdıqda İşanı namazını qılmaq üçün iqamə deməsini əmr etdi. Sonra səhər vaxtı dan yeri söküləndə Sübh namazını qılmaq üçün iqamə deməsini əmr etdi. İkinci gün olduqda Zöhr namazını qılmaq üçün azan verilməsini əmr etdi və Zöhr namazını sərinlik düşənə qədər gecikdirdi. Sonra günəş hələ yüksəkdə olarkən ilk günkü vaxtdan sonraya gecikdirərək Əsr namazını qıldı. Sonra şəfəq itmədən qabaq Məğrib namazını qıldı. Sonra İşa namazını gecənin üçdə biri qurtardıqda qıldı. Sonra hava aydınlaşdıqdan sonra (günəş çıxmamış) Sübh namazını qıldı. Sonra da dedi: “Namazın vaxtları haqda sual verən haradadır?” Həmin kişi dedi: “Mən burdayam, ey Allahın Elçisi!” O buyurdu: “Bu iki vaxt arasında olan müddət sizin namaz vaxtlarınızdır”.”

Süleyman ibn Bureydə atasından
Səhihİbn Məcə, 667 (Namaz, 1)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ , أَنَّهُ كَانَ قَاعِدًا عَلَى مَيَاثِرِ عُمَرَ بْنِ عَبْدِ الْعَزِيزِ , فِي إِمَارَتِهِ عَلَى الْمَدِينَةِ ، وَمَعَهُ عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، فَأَخَّرَ عُمَرُ الْعَصْرَ شَيْئًا ، فَقَالَ لَهُ عُرْوَةُ : أَمَا إِنَّ جِبْرِيلَ نَزَلَ ، فَصَلَّى إِمَامَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ عُمَرُ : اعْلَمْ مَا تَقُولُ يَا عُرْوَةُ , قَالَ : سَمِعْتُ بَشِيرَ بْنَ أَبِي مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ أَبَا مَسْعُودٍ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : نَزَلَ جِبْرِيلُ ، فَأَمَّنِي ، فَصَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ ، ثُمَّ صَلَّيْتُ مَعَهُ , يَحْسُبُ بِأَصَابِعِهِ خَمْسَ صَلَوَاتٍ.

“İbn Şihab ﵀ rəvayət edir ki, Ömər ibn Abdul-Əziz Əsr namazını gecikdirdikdə Urva ona dedi: “Cəbrail ﵇ Allah Elçisinə ﷺ imamlıq edib namaz qıldırmışdı”. Ömər dedi: “Nə dediyinə fikir ver, ey Urva!” Urva dedi: “Mən Bəşir ibn Əbu Məsudun belə dediyini eşitdim: “Əbu Məsud belə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Cəbrail nazil olub mənə imamlıq etdi və biz birlikdə namaz qıldım. Sonra barmaqları ilə beş namazı sayaraq – sonra birlikdə namaz qıldım, sonra birlikdə namaz qıldım, sonra birlikdə namaz qıldım, sonra birlikdə namaz qıldım”.”

İbn Şihab
Səhihİbn Məcə, 668 (Namaz, 2)

Fəsil 2

Sübh namazının vaxtı

بَابُ وَقْتِ صَلاَةِ الْفَجْرِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنَّ نِسَاءُ الْمُؤْمِنَاتِ ، يُصَلِّينَ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الصُّبْحِ ، ثُمَّ يَرْجِعْنَ إِلَى أَهْلِهِنَّ ، فَلاَ يَعْرِفُهُنَّ أَحَدٌ ، تَعْنِي مِنَ الْغَلَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mömin qadınlar Peyğəmbərlə ﷺ Sübh namazını qılar və ailələrinə qayıdardılar. Hava alaqaranlıq olduğuna görə heç kim heç kimi tanımazdı”.”

Aişə
Səhihİbn Məcə, 669 (Namaz, 3)

حَدَّثَنَا عُبَيْدُ بْنُ أَسْبَاطِ بْنِ مُحَمَّدٍ الْقُرَشِيُّ ، حَدَّثَنَا أَبِي ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ اللهِ , وَالأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : {وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا} قَالَ : تَشْهَدُهُ مَلاَئِكَةُ اللَّيْلِ وَالنَّهَارِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “...sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur” (əl-İsra, 78) ayəsi haqda buyurdu: “Gecə və gündüz mələkləri ona şahid olurlar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 670 (Namaz, 4)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا نَهِيكُ بْنُ يَرِيمَ الأَوْزَاعِيُّ ، حَدَّثَنَا مُغِيثُ بْنُ سُمَيٍّ ، قَالَ : صَلَّيْتُ مَعَ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ الصُّبْحَ بِغَلَسٍ ، فَلَمَّا سَلَّمَ ، أَقْبَلْتُ عَلَى ابْنِ عُمَرَ ، فَقُلْتُ : مَا هَذِهِ الصَّلاَةُ ؟ قَالَ : هَذِهِ صَلاَتُنَا ، كَانَتْ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَبِي بَكْرٍ ، وَعُمَرَ ، فَلَمَّا طُعِنَ عُمَرُ ، أَسْفَرَ بِهَا عُثْمَانُ.

“Rəvayət edilir ki, Muğis ibn Sumey ﵀ demişdir: “Mən Abdullah ibn əz-Zubeyr ilə birlikdə Sübh namazını alaqaranlıq olanda qıldım. Namazın sonunda salam verdikdə İbn Ömərin yanına gəlib dedim: Bu namaz nədir?” İbn Ömər dedi: “Bu namaz bizim Allah Elçisi ﷺ, Əbu Bəkr və Ömərlə birlikdə qıldığımız namazdır. Ömər Sübh namazında öldürüldükdə Osman Sübh namazını hava açılana yaxın qılmağa başladı“.”

Muğis ibn Sumey
Səhihİbn Məcə, 671 (Namaz, 5)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ عَجْلاَنَ ، سَمِعَ عَاصِمَ بْنَ عُمَرَ بْنِ قَتَادَةَ ، وَجَدُّهُ بَدْرِيٌّ ، يُخْبِرُ عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَصْبِحُوا بِالصُّبْحِ ، فَإِنَّهُ أَعْظَمُ لِلأَجْرِ ، أَوْ لأَجْرِكُمْ.

“Rafi ibn Xadic ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dan yeri sökülən kimi Sübh namazını qılın! Həqiqətən, bu vaxtda qılınan namazın mükafatı daha böyükdür” və ya “mükafatınız daha böyük olacaq”.”

Rafi ibn Xadic
Səhihİbn Məcə, 672 (Namaz, 6)

Fəsil 3

Zöhr namazının vaxtı

بَابُ وَقْتِ صَلاَةِ الظُّهْرِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ , أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُصَلِّي الظُّهْرَ إِذَا دَحَضَتِ الشَّمْسُ.

“Cabir ibn Səmura ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazını günəş zenitdən batmağa doğru meyl etdikdə qıldırardı.”

Cabir ibn Səmura
Səhihİbn Məcə, 673 (Namaz, 7)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَوْفِ بْنِ أَبِي جَمِيلَةَ ، عَنْ سَيَّارِ بْنِ سَلاَمَةَ ، عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي صَلاَةَ الْهَجِيرِ الَّتِي تَدْعُونَهَا الظُّهْرَ ، إِذَا دَحَضَتِ الشَّمْسُ. قَالَ أَبُو الْحَسَنِ الْقَطَّانُ : حَدَّثَنَا أَبُو حَاتِمٍ ، حَدَّثَنَا الأَنْصَارِيُّ ، حَدَّثَنَا عَوْفٌ ، نَحْوَهُ.

“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Allah rəsulu ﷺ sizin Zöhr namazı dediyiniz “həcir” namazını günəş zenitdən batmağa doğru meyl etdikdə qıldırardı”.”

Əbu Bərzə əl-Əsləmi
Səhihİbn Məcə, 674 (Namaz, 8)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ حَارِثَةَ بْنِ مُضَرِّبٍ الْعَبْدِيِّ ، عَنْ خَبَّابٍ ، قَالَ : شَكَوْنَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَرَّ الرَّمْضَاءِ ، فَلَمْ يُشْكِنَا.

“Rəvayət edilir ki, Xabbab ﵁ demişdir: “Biz günəşin şiddətli istiliyi vaxtı (qılınan Zöhr namazı) haqda Allah Elçisinə ﷺ şikayət etmişdik, lakin o, bizim şikayəti qəbul etməmişdi”.”

Xabbab
Səhihİbn Məcə, 675 (Namaz, 9)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ هِشَامٍ ، عَنْ سُفْيَانَ ، عَنْ زَيْدِ بْنِ جُبَيْرٍ ، عَنْ خِشْفِ بْنِ مَالِكٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : شَكَوْنَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَرَّ الرَّمْضَاءِ , فَلَمْ يُشْكِنَا.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Biz günəşin şiddətli istiliyi vaxtında (qılınan Zöhr namazı) haqda Allah Elçisinə ﷺ şikayət etmişdik, lakin o, bizim şikayəti qəbul etməmişdi”.”

İbn Məsud
Səhihİbn Məcə, 676 (Namaz, 10)

Fəsil 4

Şiddətli isti olanda Zöhr namazını daha sərin vaxta qədər gecikdirmək

بَابُ الإِبْرَادِ بِالظُّهْرِ فِي شِدَّةِ الْحَرِّ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، حَدَّثَنَا أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا اشْتَدَّ الْحَرُّ , فَأَبْرِدُوا بِالصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli isti olduqda sərin düşənədək namazı təxirə salın, çünki şiddətli isti Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 677 (Namaz, 11)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا اشْتَدَّ الْحَرُّ , فَأَبْرِدُوا بِالظُّهْرِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Şiddətli istilik olduqda Zöhr namazını sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 678 (Namaz, 12)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبْرِدُوا بِالظُّهْرِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını daha sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Əbu Səid
Səhihİbn Məcə, 679 (Namaz, 13)

حَدَّثَنَا تَمِيمُ بْنُ الْمُنْتَصِرِ الْوَاسِطِيُّ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ يُوسُفَ ، عَنْ شَرِيكٍ ، عَنْ بَيَانٍ ، عَنْ قَيْسِ بْنِ أَبِي حَازِمٍ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : كُنَّا نُصَلِّي مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلاَةَ الظُّهْرِ بِالْهَاجِرَةِ ، فَقَالَ لَنَا : أَبْرِدُوا بِالصَّلاَةِ ؛ فَإِنَّ شِدَّةَ الْحَرِّ مِنْ فَيْحِ جَهَنَّمَ.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Zöhr namazını günün ən isti vaxtında qılardıq. Allah Elçisi ﷺ bizə dedi: “Zöhr namazını daha sərin vaxta qədər gecikdirin! Həqiqətən, şiddətli istilik Cəhənnəmin nəfəs almasına görədir”.”

Muğira ibn Şubə
Səhihİbn Məcə, 680 (Namaz, 14)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ ، حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَبْرِدُوا بِالظُّهْرِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zöhr namazını daha sərin vaxta qədər gecikdirin!””

İbn Ömər
Səhihİbn Məcə, 681 (Namaz, 15)

Fəsil 5

Əsr namazının vaxtı

بَابُ وَقْتِ صَلاَةِ الْعَصْرِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ , أَنَّهُ أَخْبَرَهُ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يُصَلِّي الْعَصْرَ وَالشَّمْسُ مُرْتَفِعَةٌ حَيَّةٌ ، فَيَذْهَبُ الذَّاهِبُ إِلَى الْعَوَالِي ، وَالشَّمْسُ مُرْتَفِعَةٌ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Əsr namazını günəş yüksəkdə qızmar olduqda qılardı. Bu əsnada bir nəfər “əl-Avali” deyilən yerə gedib gələrdi, amma günəş hələ qızmar olardı.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 682 (Namaz, 16)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : صَلَّى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْعَصْرَ ، وَالشَّمْسُ فِي حُجْرَتِي ، لَمْ يَظْهَرِ الْفَيْءُ بَعْدُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ Əsr namazını günəş mənim otağımın içinə düşdükdə, otağımda kölgə olmayan vaxt qılardı”.”

Aişə
Səhihİbn Məcə, 683 (Namaz, 17)

Fəsil 6

Əsr namazını qorumaq

بَابُ الْمُحَافَظَةِ عَلَى صَلاَةِ الْعَصْرِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَاصِمِ بْنِ بَهْدَلَةَ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ يَوْمَ الْخَنْدَقِ : مَلأَ اللَّهُ بُيُوتَهُمْ وَقُبُورَهُمْ نَارًا ، كَمَا شَغَلُونَا عَنِ الصَّلاَةِ الْوُسْطَى.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Xəndək döyüşündə buyurdu: “Allah onların evlərini və qəbirlərini odla doldursun! Onlar bizə orta namazı qılmağa imkan vermədilər”.”

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 684 (Namaz, 18)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ الَّذِي تَفُوتُهُ صَلاَةُ الْعَصْرِ ، فَكَأَنَّمَا وُتِرَ أَهْلَهُ وَمَالَهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əsr namazını vaxtında qılmayan, sanki ailəsini və malını itirmiş kimsə kimidir!””

İbn Ömər
Səhihİbn Məcə, 685 (Namaz, 19)

حَدَّثَنَا حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ (ح) وَحَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَلْحَةَ ، عَنْ زُبَيْدٍ ، عَنْ مُرَّةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : حَبَسَ الْمُشْرِكُونَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ صَلاَةِ الْعَصْرِ حَتَّى غَابَتِ الشَّمْسُ ، فَقَالَ : حَبَسُونَا عَنْ صَلاَةِ الْوُسْطَى ، مَلأَ اللَّهُ قُبُورَهُمْ وَبُيُوتَهُمْ نَارًا.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Müşriklər Günəş batana qədər Peyğəmbərə ﷺ Əsr namazını qılmağa imkan vermədilər. O dedi: “Onlar bizə orta namazı qılmağa imkan vermədilər. Allah onların qəbirlərini və evlərini odla doldursun!””

Abdullah
Səhihİbn Məcə, 686 (Namaz, 20)

Fəsil 7

Məğrib namazının vaxtı

بَابُ وَقْتِ صَلاَةِ الْمَغْرِبِ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا أَبُو النَّجَاشِيِّ ، قَالَ : سَمِعْتُ رَافِعَ بْنَ خَدِيجٍ يَقُولُ : كُنَّا نُصَلِّي الْمَغْرِبَ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَيَنْصَرِفُ أَحَدُنَا ، وَإِنَّهُ لَيَنْظُرُ إِلَى مَوَاقِعِ نَبْلِهِ.

“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə Məğrib namazını birimizin ox atıb həmin oxun hara düşdüyünü gördüyü vaxtda qılardıq!””

Rafi ibn Xadic
Səhihİbn Məcə, 687 (Namaz, 21)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ يَزِيدَ بْنِ أَبِي عُبَيْدٍ ، عَنْ سَلَمَةَ بْنِ الأَكْوَعِ ، أَنَّهُ كَانَ يُصَلِّي مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَغْرِبَ إِذَا تَوَارَتْ بِالْحِجَابِ.

“Rəvayət edilir ki, Sələmə ibn əl-Əkva ﵁ Məğrib namazını Peyğəmbər ﷺ ilə birlikdə günəş üfüqdə gizləndikdə qılmışdır.”

Sələmə ibn əl-Əkva
Səhihİbn Məcə, 688 (Namaz, 22)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنِي إِبْرَاهِيمُ بْنُ مُوسَى ، أَخْبَرَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ ، عَنْ عُمَرَ بْنِ إِبْرَاهِيمَ ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنِ الأَحْنَفِ بْنِ قَيْسٍ ، عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَزَالُ أُمَّتِي عَلَى الْفِطْرَةِ ، مَا لَمْ يُؤَخِّرُوا الْمَغْرِبَ , حَتَّى تَشْتَبِكَ النُّجُومُ. قَالَ أَبُو عَبْدِ اللهِ مُحَمَّدُ بْنُ يَزِيدَ بْنِ مَاجَةَ : سَمِعْتُ مُحَمَّدَ بْنَ يَحْيَى يَقُولُ : اضْطَرَبَ النَّاسُ فِي هَذَا الْحَدِيثِ بِبَغْدَادَ ، فَذَهَبْتُ أَنَا وَأَبُو بَكْرٍ الأَعْيَنُ إِلَى الْعَوَّامِ بْنِ عَبَّادِ بْنِ الْعَوَّامِ ، فَأَخْرَجَ إِلَيْنَا أَصْلَ أَبِيهِ ، فَإِذَا الْحَدِيثُ فِيهِ. قَالَ أَبُو الْحَسَنِ الْقَطَّان : حَدَّثَنَا أَبُو يَحْيَى الزَّعْفَرَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُوسَى , نَحْوَهُ.

“Rəvayət edilir ki, Abbas ibn Abdul-Muttalib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətim Məğrib namazını ulduzların çoxalmasına qədər gecikdirmədikcə fitrət üzərində olacaqdır”. Əbu Abdullah ibn Muhəmməd ibn Yəzid ibn Məcə deyir: “Mən Muhəmməd ibn Yəhyanın belə dediyini eşitdim: “İnsanlar Bağdadda bu hədis haqda mübahisə etməyə başladılar. Mən və Əbu Bəkr əl-Əyən əl-Avvam ibn Abbad ibn əl-Avvamın yanına getdik. O da atasının əlyazmasını çıxartdı. Orada da bu hədisin oxşarı vardı”.”

Abbas ibn Abdul-Muttalib
Səhihİbn Məcə, 689 (Namaz, 23)

Fəsil 8

İşa namazının vaxtı

بَابُ وَقْتِ صَلاَةِ الْعِشَاءِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي ، لأَمَرْتُهُمْ بِتَأْخِيرِ الْعِشَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətim üçün çətinlik olmasaydı, İşa namazını gecikdirməyi əmr edərdim”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 690 (Namaz, 24)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , وَعَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْلاَ أَنْ أَشُقَّ عَلَى أُمَّتِي ، لأَخَّرْتُ صَلاَةَ الْعِشَاءِ إِلَى ثُلُثِ اللَّيْلِ ، أَوْ نِصْفِ اللَّيْلِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətim üçün çətinlik olmasaydı, İşa namazını gecənin üçdəbirinə və yarısına kimi gecikdirməyi əmr edərdim”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 691 (Namaz, 25)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا حُمَيْدٌ ، قَالَ : سُئِلَ أَنَسُ بْنُ مَالِكٍ : هَلِ اتَّخَذَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَاتَمًا ؟ قَالَ : نَعَمْ ، أَخَّرَ لَيْلَةً صَلاَةَ الْعِشَاءِ ، إِلَى قَرِيبٍ مِنْ شَطْرِ اللَّيْلِ ، فَلَمَّا صَلَّى , أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ , فَقَالَ : إِنَّ النَّاسَ قَدْ صَلَّوْا وَنَامُوا ، وَإِنَّكُمْ لَنْ تَزَالُوا فِي صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ. قَالَ أَنَسٌ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ خَاتَمِهِ. قَالَ أَبُو الْحَسَنِ الْقَطَّان : حَدَّثَنَا أَبُو حَاتِم , حَدَّثَنَا الأَنْصَارِيُّ , حَدَّثَنَا حُمَيْدٌ , نَحْوَهُ.

“Rəvayət edilir ki, Humeyd ﵀ demişdir: “Ənəs ibn Malikdən soruşuldu: “Allah Elçisi ﷺ məktublara möhür vurmaq üçün özünə möhür götürmüşdümü?” Ənəs dedi: “Bəli, bir dəfə İşa namazını gecəyarısına qədər gecikdirdi, namazı qılandan sonra üzünü bizə tərəf çevirib buyurdu: “Həqiqətən, insanlar namazlarını qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namaz qılmış kimi sayılırsınız”. Ənəs dedi: “Mən, sanki indi də onun (möhür kimi istifadə olunan) üzüyünün parıltısını görürəm”.”

Humeyd
Səhihİbn Məcə, 692 (Namaz, 26)

حَدَّثَنَا عِمْرَانُ بْنُ مُوسَى اللَّيْثِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ ، عَنْ أَبِي نَضْرَةَ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَغْرِبَ ، ثُمَّ لَمْ يَخْرُجْ حَتَّى ذَهَبَ شَطْرُ اللَّيْلِ ، فَخَرَجَ , فَصَلَّى بِهِمْ ، ثُمَّ قَالَ : إِنَّ النَّاسَ قَدْ صَلَّوْا وَنَامُوا ، وَأَنْتُمْ لَمْ تَزَالُوا فِي صَلاَةٍ مَا انْتَظَرْتُمُ الصَّلاَةَ ، وَلَوْلاَ الضَّعِيفُ وَالسَّقِيمُ ، أَحْبَبْتُ أَنْ أُؤَخِّرَ هَذِهِ الصَّلاَةَ إِلَى شَطْرِ اللَّيْلِ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Məğrib namazını qıldırdı. Sonra evinə gedib gecənin yarısına qədər çıxmadı. Gecənin yarısında çıxıb bizə namaz qıldırdı və buyurdu: “Həqiqətən, insanlar namazlarını qılıb yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namaz qılmış kimi sayılırsınız. Zəif və xəstələriniz olmasaydı, bu namazı gecənin yarısına qədər gecikdirmək istəyərdim”.”

Əbu Səid
Səhihİbn Məcə, 693 (Namaz, 27)

Fəsil 9

Yuxuya gedən və ya namaz qılmağı unudan

بَابُ مَنْ نَامَ عَنِ الصَّلاَةِ أَوْ نَسِيَهَا

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، حَدَّثَنَا حَجَّاجٌ ، حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : سُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الرَّجُلِ يَغْفُلُ عَنِ الصَّلاَةِ , أَوْ يَرْقُدُ عَنْهَا ، قَالَ : يُصَلِّيهَا إِذَا ذَكَرَهَا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Peyğəmbərdən ﷺ namazı yadından çıxararaq qılmayan və ya yatıb qalan haqqında soruşulduqda belə buyurdu: “Yadına düşən kimi qılsın”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 695 (Namaz, 29)

حَدَّثَنَا جُبَارَةُ بْنُ الْمُغَلِّسِ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ نَسِيَ صَلاَةً ، فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazı unutsa, yadına düşən kimi qılsın”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 696 (Namaz, 30)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، حَدَّثَنَا يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ قَفَلَ مِنْ غَزْوَةِ خَيْبَرَ ، فَسَارَ لَيْلَةً ، حَتَّى إِذَا أَدْرَكَهُ الْكَرَى , عَرَّسَ ، وَقَالَ لِبِلاَلٍ : اكْلأْ لَنَا اللَّيْلَ , فَصَلَّى بِلاَلٌ مَا قُدِّرَ لَهُ ، وَنَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَصْحَابُهُ ، فَلَمَّا تَقَارَبَ الْفَجْرُ ، اسْتَنَدَ بِلاَلٌ إِلَى رَاحِلَتِهِ مُوَاجِهَ الْفَجْرِ ، فَغَلَبَتْ بِلاَلاً عَيْنَاهُ وَهُوَ مُسْتَنِدٌ إِلَى رَاحِلَتِهِ ، فَلَمْ يَسْتَيْقِظْ بِلاَلٌ , وَلاَ أَحَدٌ مِنْ أَصْحَابِهِ حَتَّى ضَرَبَتْهُمُ الشَّمْسُ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَوَّلَهُمُ اسْتِيقَاظًا ، فَفَزَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ : أَيْ بِلاَلُ ! فَقَالَ بِلاَلٌ : أَخَذَ بِنَفْسِي الَّذِي أَخَذَ بِنَفْسِكَ ، بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ ، قَالَ : اقْتَادُوا , فَاقْتَادُوا رَوَاحِلَهُمْ شَيْئًا ، ثُمَّ تَوَضَّأَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَمَرَ بِلاَلاً فَأَقَامَ الصَّلاَةَ ، فَصَلَّى بِهِمُ الصُّبْحَ ، فَلَمَّا قَضَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الصَّلاَةَ , قَالَ : مَنْ نَسِيَ صَلاَةً ، فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ، فَإِنَّ اللَّهَ قَالَ : {وَأَقِمِ الصَّلاَةَ لِذِكْرِي}. قَالَ : وَكَانَ ابْنُ شِهَابٍ يَقْرَؤُهَا : لِلذِّكْرَى.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər döyüşündən qayıtdıqda gecə boyu yolda olduğuna görə onu mürgü tuturdu və Bilala yönələrək dedi: “Bu gecə oyaq qalaraq bizi qoru!” Bilal gecə boyu Allahın istədiyi qədər namaz qıldı. Allah Elçisi ﷺ və səhabələri yatmışdılar. Sübh vaxtı yaxınlaşdıqda Bilal üzünü günəşin çıxdığı tərəfə tutaraq miniyinə söykənmiş halda yuxuya getdi. Günəşin istisi onlara dəyənə qədər nə Bilal, nə də heç kim oyanmadı. İlk oyanan Allah Elçisi ﷺ oldu və dedi: “Ey Bilal!” Bilal dedi: “Sizi yatdıran Allah məni də yatdırdı, atam-anam sənə fəda olsun!” Allah Elçisi ﷺ dedi: “Heyvanlarınızı bu ərazidən uzaqlaşdırın!” Onlar da heyvanlarını oradan uzaqlaşdırdılar. Sonra Allah Elçisi dəstəmaz aldı və Bilala iqamə verməyi əmr etdi. Allah Elçisi ﷺ onlara Sübh namazını qıldırdı. Peyğəmbər ﷺ namazı qıldıqdan sonra dedi: “Kim bir namazı unudarsa, yadına düşən kimi qılsın. Allah buyurur: “Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14).”

Əbu Hureyra
Səhihİbn Məcə, 697 (Namaz, 31)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : ذَكَرُوا تَفْرِيطَهُمْ فِي النَّوْمِ , فَقَالَ : نَامُوا حَتَّى طَلَعَتِ الشَّمْسُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيْسَ فِي النَّوْمِ تَفْرِيطٌ ، إِنَّمَا التَّفْرِيطُ فِي الْيَقَظَةِ ، فَإِذَا نَسِيَ أَحَدُكُمْ صَلاَةً ، أَوْ نَامَ عَنْهَا ، فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ، وَلِوَقْتِهَا مِنَ الْغَدِ. قَالَ عَبْدُ اللهِ بْنُ رَبَاحٍ : فَسَمِعَنِي عِمْرَانُ بْنُ الْحُصَيْنِ ، وَأَنَا أُحَدِّثُ بِالْحَدِيثِ ، فَقَالَ : يَا فَتًى انْظُرْ كَيْفَ تُحَدِّثُ ، فَإِنِّي شَاهِدٌ لِلْحَدِيثِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَمَا أَنْكَرَ مِنْ حَدِيثِهِ شَيْئًا.

“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Yuxuda səhlənkar olmaq haqda söhbət olduqda biri dedi: “Günəş çıxana qədər yatmışdıq”. Allah Elçisi ﷺ dedi: “Yatmaqda bir qəbahət yoxdur. Qəbahət oyanmaqdadır. Sizdən biriniz namaz qılmağı unudar və ya yatıb qalarsa, yadına düşən kimi onu qılsın. Növbəti gün isə namazı öz vaxtında qılsın”. Abdullah ibn Rabah dedi: “Mən bu hədisi danışanda İmran ibn Husayn məni eşidirdi. O mənə dedi: “Ey cavan oğlan, hədis rəvayət etdikdə diqqətli ol! Mən bu hədisin şahidi olmuşam. O vaxt Allah Elçisi ﷺ ilə birlikdə idim”. Ravi deyir ki, İmran ibn Husayn Abdullah ibn Ravahanın rəvayətindən heç nəyi rədd etmədi.”

Əbu Qatədə
Səhihİbn Məcə, 698 (Namaz, 32)

Fəsil 10

Üzr və zərurətdə namazların vaxtı

بَابُ وَقْتِ الصَّلاَةِ فِي الْعُذْرِ وَالضَّرُورَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، أَخْبَرَنِي زَيْدُ بْنُ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، وَعَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، وَعَنِ الأَعْرَجِ ، يُحَدِّثُونَهُ عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ مِنَ الْعَصْرِ رَكْعَةً قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ , فَقَدْ أَدْرَكَهَا ، وَمَنْ أَدْرَكَ مِنَ الصُّبْحِ رَكْعَةً قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ , فَقَدْ أَدْرَكَهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim günəş batmadan Əsr namazının bir rükətini qılmağa çatarsa, namaza çatmış sayılır. Kim günəş çıxamadan Sübh namazının bir rükətini qılmağa çatarsa, namaza çatmış sayılır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 699 (Namaz, 33)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ , وَحَرْمَلَةُ بْنُ يَحْيَى الْمِصْرِيَّانِ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَدْرَكَ مِنَ الصُّبْحِ رَكْعَةً ، قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ ، فَقَدْ أَدْرَكَهَا ، وَمَنْ أَدْرَكَ مِنَ الْعَصْرِ رَكْعَةً ، قَبْلَ أَنْ تَغْرُبَ الشَّمْسُ ، فَقَدْ أَدْرَكَهَا.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim günəş çıxmadan Sübh namazının bir rükətini qılmağa çatarsa, namaza çatmış sayılır. Kim günəş batmadan Əsr namazının bir rükətini qılmağa çatarsa, namaza çatmış sayılır”.”

Aişə
Səhihİbn Məcə, 700 (Namaz, 34)

Fəsil 11

İşa namazından əvvəl yatmağın, İşa namazından sonra isə danışmağın qadağan edilməsi

بَابُ النَّهْيِ عَنِ النَّوْمِ قَبْلَ صَلاَةِ الْعِشَاءِ ، وَعَنِ الْحَدِيثِ بَعْدَهَا

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ , وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ , وَعَبْدُ الْوَهَّابِ ، قَالُوا : حَدَّثَنَا عَوْفٌ ، عَنْ أَبِي الْمِنْهَالِ سَيَّارِ بْنِ سَلاَمَةَ ، عَنْ أَبِي بَرْزَةَ الأَسْلَمِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَسْتَحِبُّ أَنْ يُؤَخِّرَ الْعِشَاءَ ، وَكَانَ يَكْرَهُ النَّوْمَ قَبْلَهَا ، وَالْحَدِيثَ بَعْدَهَا.

“Rəvayət edilir ki, Əbu Bərzə əl-Əsləmi ﵁ demişdir: “Allah Elçisi ﷺ İşa namazını gecikdirməyi xoşlayar, İşa namazından qabaq yatmağı, ondan (namazdan) sonra isə danışmağı xoşlamazdı”.”

Əbu Bərzə əl-Əsləmi
Səhihİbn Məcə, 701 (Namaz, 35)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو نُعَيْمٍ (ح) وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْلَى الطَّائِفِيُّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , قَالَتْ : مَا نَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَبْلَ الْعِشَاءِ ، وَلاَ سَمَرَ بَعْدَهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ İşa namazından qabaq yatmaz, ondan (namazdan) sonra isə danışmazdı”.”

Aişə
Səhihİbn Məcə, 702 (Namaz, 36)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ , وَإِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ بْنِ حَبِيبٍ , وَعَلِيُّ بْنُ الْمُنْذِرِ , قَالُوا : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : جَدَبَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ السَّمَرَ بَعْدَ الْعِشَاءِ. قَالَ ابْنُ مَاجَةَ : يَعْنِي زَجَرَنَا عَنْهُ , أَيْ : نَهَانَا عَنْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ İşa namazından sonra bizim danışmağımıza pis baxardı. Yəni danışmağımızı qadağan edərdi”.”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 703 (Namaz, 37)

Fəsil 12

İşa namazına “Atəmə” deməyin qadağan edilməsi

بَابُ النَّهْيِ أَنْ يُقَال صَلاَةُ الْعَتَمَةِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ , وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمْ ، فَإِنَّهَا الْعِشَاءُ ، وَإِنَّهُمْ يُعْتِمُونَ بِالإِبِلِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bədəvilər sizin namazınıza başqa ad qoymasınlar. Bu namazın adı İşadır. Bədəvilər o namazı dəvələrinə görə gecikdirdikləri üçün onu “Atəmə” adlandırırlar”.”

İbn Ömər
Səhihİbn Məcə, 704 (Namaz, 38)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا الْمُغِيرَةُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ (ح) وَحَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدٍ ، حَدَّثَنَا ابْنُ أَبِي حَازِمٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ حَرْمَلَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمْ , زَادَ ابْنُ حَرْمَلَةَ , فَإِنَّمَا هِيَ الْعِشَاءُ ، وَإِنَّمَا يَقُولُونَ : الْعَتَمَةُ ، لإِعْتَامِهِمْ بِالإِبِلِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bədəvilər sizin namazınıza başqa ad qoymasınlar”. Ravi İbn Hərmələ dedi: “Bu namazın adı İşadır. Bədəvilərin başı dəvələrinə qarışdığına görə o namaza “Atəmə” deyirlər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 705 (Namaz, 39)