Yuxuya gedən və ya namaz qılmağı unudan
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ رَبَاحٍ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : ذَكَرُوا تَفْرِيطَهُمْ فِي النَّوْمِ , فَقَالَ : نَامُوا حَتَّى طَلَعَتِ الشَّمْسُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيْسَ فِي النَّوْمِ تَفْرِيطٌ ، إِنَّمَا التَّفْرِيطُ فِي الْيَقَظَةِ ، فَإِذَا نَسِيَ أَحَدُكُمْ صَلاَةً ، أَوْ نَامَ عَنْهَا ، فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ، وَلِوَقْتِهَا مِنَ الْغَدِ. قَالَ عَبْدُ اللهِ بْنُ رَبَاحٍ : فَسَمِعَنِي عِمْرَانُ بْنُ الْحُصَيْنِ ، وَأَنَا أُحَدِّثُ بِالْحَدِيثِ ، فَقَالَ : يَا فَتًى انْظُرْ كَيْفَ تُحَدِّثُ ، فَإِنِّي شَاهِدٌ لِلْحَدِيثِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَمَا أَنْكَرَ مِنْ حَدِيثِهِ شَيْئًا.
“Rəvayət edilir ki, Əbu Qatədə ﵁ demişdir: “Yuxuda səhlənkar olmaq haqda söhbət olduqda biri dedi: “Günəş çıxana qədər yatmışdıq”. Allah Elçisi ﷺ dedi: “Yatmaqda bir qəbahət yoxdur. Qəbahət oyanmaqdadır. Sizdən biriniz namaz qılmağı unudar və ya yatıb qalarsa, yadına düşən kimi onu qılsın. Növbəti gün isə namazı öz vaxtında qılsın”. Abdullah ibn Rabah dedi: “Mən bu hədisi danışanda İmran ibn Husayn məni eşidirdi. O mənə dedi: “Ey cavan oğlan, hədis rəvayət etdikdə diqqətli ol! Mən bu hədisin şahidi olmuşam. O vaxt Allah Elçisi ﷺ ilə birlikdə idim”. Ravi deyir ki, İmran ibn Husayn Abdullah ibn Ravahanın rəvayətindən heç nəyi rədd etmədi.”
İstinad
İbn Məcə, 698 (Namaz, 32)
Sunən İbn Məcə — Namaz kitabı