Yuxuya gedən və ya namaz qılmağı unudan
حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، حَدَّثَنَا يُونُسُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ قَفَلَ مِنْ غَزْوَةِ خَيْبَرَ ، فَسَارَ لَيْلَةً ، حَتَّى إِذَا أَدْرَكَهُ الْكَرَى , عَرَّسَ ، وَقَالَ لِبِلاَلٍ : اكْلأْ لَنَا اللَّيْلَ , فَصَلَّى بِلاَلٌ مَا قُدِّرَ لَهُ ، وَنَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَصْحَابُهُ ، فَلَمَّا تَقَارَبَ الْفَجْرُ ، اسْتَنَدَ بِلاَلٌ إِلَى رَاحِلَتِهِ مُوَاجِهَ الْفَجْرِ ، فَغَلَبَتْ بِلاَلاً عَيْنَاهُ وَهُوَ مُسْتَنِدٌ إِلَى رَاحِلَتِهِ ، فَلَمْ يَسْتَيْقِظْ بِلاَلٌ , وَلاَ أَحَدٌ مِنْ أَصْحَابِهِ حَتَّى ضَرَبَتْهُمُ الشَّمْسُ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَوَّلَهُمُ اسْتِيقَاظًا ، فَفَزَعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ : أَيْ بِلاَلُ ! فَقَالَ بِلاَلٌ : أَخَذَ بِنَفْسِي الَّذِي أَخَذَ بِنَفْسِكَ ، بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ ، قَالَ : اقْتَادُوا , فَاقْتَادُوا رَوَاحِلَهُمْ شَيْئًا ، ثُمَّ تَوَضَّأَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَمَرَ بِلاَلاً فَأَقَامَ الصَّلاَةَ ، فَصَلَّى بِهِمُ الصُّبْحَ ، فَلَمَّا قَضَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الصَّلاَةَ , قَالَ : مَنْ نَسِيَ صَلاَةً ، فَلْيُصَلِّهَا إِذَا ذَكَرَهَا ، فَإِنَّ اللَّهَ قَالَ : {وَأَقِمِ الصَّلاَةَ لِذِكْرِي}. قَالَ : وَكَانَ ابْنُ شِهَابٍ يَقْرَؤُهَا : لِلذِّكْرَى.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər döyüşündən qayıtdıqda gecə boyu yolda olduğuna görə onu mürgü tuturdu və Bilala yönələrək dedi: “Bu gecə oyaq qalaraq bizi qoru!” Bilal gecə boyu Allahın istədiyi qədər namaz qıldı. Allah Elçisi ﷺ və səhabələri yatmışdılar. Sübh vaxtı yaxınlaşdıqda Bilal üzünü günəşin çıxdığı tərəfə tutaraq miniyinə söykənmiş halda yuxuya getdi. Günəşin istisi onlara dəyənə qədər nə Bilal, nə də heç kim oyanmadı. İlk oyanan Allah Elçisi ﷺ oldu və dedi: “Ey Bilal!” Bilal dedi: “Sizi yatdıran Allah məni də yatdırdı, atam-anam sənə fəda olsun!” Allah Elçisi ﷺ dedi: “Heyvanlarınızı bu ərazidən uzaqlaşdırın!” Onlar da heyvanlarını oradan uzaqlaşdırdılar. Sonra Allah Elçisi dəstəmaz aldı və Bilala iqamə verməyi əmr etdi. Allah Elçisi ﷺ onlara Sübh namazını qıldırdı. Peyğəmbər ﷺ namazı qıldıqdan sonra dedi: “Kim bir namazı unudarsa, yadına düşən kimi qılsın. Allah buyurur: “Məni xatırlamaq üçün namaz qıl!” (Taha, 14).”
İstinad
İbn Məcə, 697 (Namaz, 31)
Sunən İbn Məcə — Namaz kitabı