İşa namazına “Atəmə” deməyin qadağan edilməsi
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ , وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي لَبِيدٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ تَغْلِبَنَّكُمُ الأَعْرَابُ عَلَى اسْمِ صَلاَتِكُمْ ، فَإِنَّهَا الْعِشَاءُ ، وَإِنَّهُمْ يُعْتِمُونَ بِالإِبِلِ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Bədəvilər sizin namazınıza başqa ad qoymasınlar. Bu namazın adı İşadır. Bədəvilər o namazı dəvələrinə görə gecikdirdikləri üçün onu “Atəmə” adlandırırlar”.”
İstinad
İbn Məcə, 704 (Namaz, 38)
Sunən İbn Məcə — Namaz kitabı