Namaz kitabı

Sübh namazının vaxtı

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا نَهِيكُ بْنُ يَرِيمَ الأَوْزَاعِيُّ ، حَدَّثَنَا مُغِيثُ بْنُ سُمَيٍّ ، قَالَ : صَلَّيْتُ مَعَ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ الصُّبْحَ بِغَلَسٍ ، فَلَمَّا سَلَّمَ ، أَقْبَلْتُ عَلَى ابْنِ عُمَرَ ، فَقُلْتُ : مَا هَذِهِ الصَّلاَةُ ؟ قَالَ : هَذِهِ صَلاَتُنَا ، كَانَتْ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَبِي بَكْرٍ ، وَعُمَرَ ، فَلَمَّا طُعِنَ عُمَرُ ، أَسْفَرَ بِهَا عُثْمَانُ.

“Rəvayət edilir ki, Muğis ibn Sumey ﵀ demişdir: “Mən Abdullah ibn əz-Zubeyr ilə birlikdə Sübh namazını alaqaranlıq olanda qıldım. Namazın sonunda salam verdikdə İbn Ömərin yanına gəlib dedim: Bu namaz nədir?” İbn Ömər dedi: “Bu namaz bizim Allah Elçisi ﷺ, Əbu Bəkr və Ömərlə birlikdə qıldığımız namazdır. Ömər Sübh namazında öldürüldükdə Osman Sübh namazını hava açılana yaxın qılmağa başladı“.”

Muğis ibn Sumey
Səhih

İstinad

İbn Məcə, 671 (Namaz, 5)

Sunən İbn Məcə — Namaz kitabı