Azanın sünnəsi
حَدَّثَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْهَاشِمِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، عَنْ حَجَّاجِ بْنِ أَرْطَاةَ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالأَبْطَحِ ، وَهُوَ فِي قُبَّةٍ حَمْرَاءَ ، فَخَرَجَ بِلاَلٌ , فَأَذَّنَ ، فَاسْتَدَارَ فِي أَذَانِهِ ، وَجَعَلَ إِصْبَعَيْهِ فِي أُذُنَيْهِ.
“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Əbtah deyilən yerdə Allah Elçisinin ﷺ yanına gəldim. O, qırmızı rəngdə olan çadırda idi. Az müddət sonra Bilal çıxdı və azan verməyə başladı. Azan verdikdə sağa və sola çevrildi. Barmaqlarını qulağına salmışdı”.”
İstinad
İbn Məcə, 711 (Azan, 6)
Sunən İbn Məcə — Azan və onun sünnələri