Sunən İbn MəcəAzan və onun sünnələri

Kitab 3

Azan və onun sünnələri

أَبْوابُ الأَذَانِ وَالسُّنَّةِ فِيهِ

21

hədis

Fəsil 1

Azanın başlanması

بَابُ بَدْءِ الأَذَانِ

حَدَّثَنَا أَبُو عُبَيْدٍ مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مَيْمُونٍ الْمَدَنِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْحَرَّانِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ اللهِ بْنِ زَيْدٍ ، عَنْ أَبِيهِ , قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَدْ هَمَّ بِالْبُوقِ ، وَأَمَرَ بِالنَّاقُوسِ , فَنُحِتَ ، فَأُرِيَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ فِي الْمَنَامِ ، قَالَ : رَأَيْتُ رَجُلاً عَلَيْهِ ثَوْبَانِ أَخْضَرَانِ , يَحْمِلُ نَاقُوسًا ، فَقُلْتُ لَهُ : يَا عَبْدَ اللهِ , تَبِيعُ النَّاقُوسَ ؟ قَالَ : وَمَا تَصْنَعُ بِهِ ؟ قُلْتُ : أُنَادِي بِهِ إِلَى الصَّلاَةِ ، قَالَ : أَفَلاَ أَدُلُّكَ عَلَى خَيْرٍ مِنْ ذَلِكَ ؟ قُلْتُ : وَمَا هُوَ ؟ قَالَ : تَقُولُ : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ , قَالَ : فَخَرَجَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ ، حَتَّى أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخْبَرَهُ بِمَا رَأَى ، قَالَ : يَا رَسُولَ اللهِ ، رَأَيْتُ رَجُلاً عَلَيْهِ ثَوْبَانِ أَخْضَرَانِ ، يَحْمِلُ نَاقُوسًا ، فَقَصَّ عَلَيْهِ الْخَبَرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ صَاحِبَكُمْ قَدْ أُرِيَ رُؤْيَا ، فَاخْرُجْ مَعَ بِلاَلٍ إِلَى الْمَسْجِدِ , فَأَلْقِهَا عَلَيْهِ ، وَلْيُنَادِ بِلاَلٌ ؛ فَإِنَّهُ أَنْدَى صَوْتًا مِنْكَ , قَالَ : فَخَرَجْتُ مَعَ بِلاَلٍ إِلَى الْمَسْجِدِ ، فَجَعَلْتُ أُلْقِيهَا عَلَيْهِ وَهُوَ يُنَادِي بِهَا ، قَالَ : فَسَمِعَ عُمَرُ بْنُ الْخَطَّابِ بِالصَّوْتِ ، فَخَرَجَ , فَقَالَ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَقَدْ رَأَيْتُ مِثْلَ الَّذِي رَأَى. قَالَ أَبُو عُبَيْدٍ : فَأَخْبَرَنِي أَبُو بَكْرٍ الْحَكَمِيُّ ، أَنَّ عَبْدَ اللهِ بْنَ زَيْدٍ الأَنْصَارِيَّ , قَالَ فِي ذَلِكَ : أَحْمَدُ اللَّهَ ذَا الْجَلاَلِ وَذَا الإِكْـرَامِ حَمْدًا عَلَى الأَذَانِ كَثِيرَا إِذْ أَتَانِي بِهِ الْبَشِيرُ مِنَ اللَّــهِ فَأَكْرِمْ بِهِ لَدَيَّ بَشِيرَا فِي لَيَالٍ وَالَى بِهِنَّ ثَلاَثٍ كُلَّمَا جَاءَ زَادَنِي تَوْقِيرَا.

“Muhəmməd ibn Abdullah ibn Zeyd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ namaza çağırış üçün şeypurdan istifadə etmək istəyirdi, sonra zınqırov düzəldilməsini əmr etdi. Abdullah ibn Zeyd də yuxuda gördüyünü danışdı: “Mən yuxumda iki yaşıl paltar geyinmiş bir adam gördüm, zınqırov daşıyırdı. Ona dedim: “Ey Allahın qulu, bu zınqırovu satırsan?” Adam dedi: “Bunu nə edəcəksən?” Mən dedim: “İnsanları namaza çağıracam”. Adam dedi: “Sənə bundan daha xeyirli bir yol göstərimmi?” Mən dedim: “O nədir ki?” O dedi: “Belə de: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər! Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasulullah, əşhədu ənnə Muhəmmədən Rasulullah! Həyyə aləs-saləh, həyyə aləs-saləh! Həyyə aləl-fələh, həyyə aləl-fələh! Allahu Əkbər, Allahu Əkbər! Lə iləhə illəllah!” Abdullah ibn Zeyd gördüyünü xəbər vermək üçün Peyğəmbərin ﷺ yanına gəlib: “Ey Allahın Elçisi, yuxumda iki yaşıl paltarlı bir adam gördüm, zınqırov daşıyırdı...” deyərək gördüyünü ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Dostunuz bir yuxu görüb. Bilal ilə məscidə get və bu sözləri Bilala öyrət, Bilal da insanları namaza çağırsın, çünki onun səsi səninkindən daha gurdur”. Mən Bilal ilə məscidə gəldim və ona bu sözləri öyrətməyə başladım. O da insanları bu sözlərlə namaza çağırmağa başladı. Bu səsi eşidən Ömər ibn əl-Xattab gəlib dedi: “Ey Allahın Elçisi, Allaha and olsun ki, bunu mən də yuxuda görmüşəm!” ...Abdullah ibn Zeyd əl-Ənsari deyir: “Bu azanı öyrədən Cəlal və Kəramət sahibi Allaha çoxlu həmd edirəm, azanı mənə Allahdan bir müjdəçi gətirdi. Nə gözəl müjdəçidir o, azan sözlərini üç gecə ard-arda gətirdi, hər gəlişində də hörmətimi artırdı!””

Muhəmməd ibn Abdullah ibn Zeyd atasından
Həsənİbn Məcə, 706 (Azan, 1)

Fəsil 2

Azanda səsi yüksəltmək

بَابُ التَّرْجِيعِ فِي الأَذَانِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ , وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَيْرِيزٍ ، وَكَانَ يَتِيمًا فِي حِجْرِ أَبِي مَحْذُورَةَ بْنِ مِعْيَرٍ حِينَ جَهَّزَهُ إِلَى الشَّامِ ، فَقُلْتُ لأَبِي مَحْذُورَةَ : أَيْ عَمِّ , إِنِّي خَارِجٌ إِلَى الشَّامِ ، وَإِنِّي أُسْأَلُ عَنْ تَأْذِينِكَ ، فَأَخْبَرَنِي أَنَّ أَبَا مَحْذُورَةَ قَالَ : خَرَجْتُ فِي نَفَرٍ ، فَكُنَّا بِبَعْضِ الطَّرِيقِ ، فَأَذَّنَ مُؤَذِّنُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالصَّلاَةِ , عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَمِعْنَا صَوْتَ الْمُؤَذِّنِ , وَنَحْنُ عَنْهُ مُتَنَكِّبُونَ ، فَصَرَخْنَا نَحْكِيهِ ، تَهَزُّأً ، فَسَمِعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَرْسَلَ إِلَيْنَا قَوْمًا ، فَأَقْعَدُونَا بَيْنَ يَدَيْهِ ، فَقَالَ : أَيُّكُمُ الَّذِي سَمِعْتُ صَوْتَهُ قَدِ ارْتَفَعَ ؟ فَأَشَارَ إِلَيَّ الْقَوْمُ كُلُّهُمْ ، وَصَدَقُوا ، فَأَرْسَلَ كُلَّهُمْ وَحَبَسَنِي ، وَقَالَ لِي : قُمْ فَأَذِّنْ , فَقُمْتُ وَلاَ شَيْءَ أَكْرَهُ إِلَيَّ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلاَ مِمَّا يَأْمُرُنِي بِهِ , فَقُمْتُ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَلْقَى عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ التَّأْذِينَ هُوَ بِنَفْسِهِ ، فَقَالَ : قُلِ : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ , ثُمَّ قَالَ لِي : ارْفَعْ فَمُدَّ مِنْ صَوْتِكَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ , ثُمَّ دَعَانِي حِينَ قَضَيْتُ التَّأْذِينَ ، فَأَعْطَانِي صُرَّةً فِيهَا شَيْءٌ مِنْ فِضَّةٍ ، ثُمَّ وَضَعَ يَدَهُ عَلَى نَاصِيَةِ أَبِي مَحْذُورَةَ ، ثُمَّ أَمَرَّهَا عَلَى وَجْهِهِ ، ثُمَّ مِنْ بَيْنِ ثَدْيَيْهِ ، ثُمَّ عَلَى كَبِدِهِ ، ثُمَّ بَلَغَتْ يَدُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُرَّةَ أَبِي مَحْذُورَةَ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بَارَكَ اللَّهُ لَكَ ، وَبَارَكَ عَلَيْكَ , فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَمَرْتَنِي بِالتَّأْذِينِ بِمَكَّةَ ؟ قَالَ : نَعَمْ ، قَدْ أَمَرْتُكَ , فَذَهَبَ كُلُّ شَيْءٍ كَانَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ كَرَاهِيَةٍ ، وَعَادَ ذَلِكَ كُلُّهُ مَحَبَّةً لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَدِمْتُ عَلَى عَتَّابِ بْنِ أَسِيدٍ ، عَامِلِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِمَكَّةَ ، فَأَذَّنْتُ مَعَهُ بِالصَّلاَةِ عَنْ أَمْرِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ. قَالَ : وَأَخْبَرَنِي ذَلِكَ مَنْ أَدْرَكَ أَبَا مَحْذُورَةَ ، عَلَى مَا أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ مُحَيْرِيزٍ.

“Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura ﵀ rəvayət edir ki, Abdullah ibn Muheyriz ona dedi ki, o, Əbu Məhzuranın yanında qalan yetim uşaq idi. Əbu Məhzura onu Şama getmək üçün hazırlaşdırdı, o da Əbu Məhzuraya dedi: “Ey əmi, mən Şama gedirəm və insanların məndən sənin azan verməyin haqqında soruşmalarından qorxuram”. Əbu Məhzura ona dedi: “Mən bir dəstə insanla Huneyn yolunda Allah Elçisi ﷺ ilə rastlaşdım. O, Huneyndən gəlirdi. Allah Elçisinin ﷺ müəzzini namaz üçün azan verdi. Biz bu səsi eşidib ona istehza edirdik. Allah Elçisi ﷺ bu səsi eşidib bizim yanımıza adam göndərdi. Biz onun yanına gəldik və Allah Elçisi ﷺ bizə dedi: “Mənim eşitdiyim səs hansınızın səsi idi?” Bizimkilər işarə ilə məni göstərdilər. Allah Elçisi ﷺ onları geriyə qaytardı, mənə isə dedi: “Qalx, namaz üçün azan ver!” Mən də qalxdım və bu mənə ağır gəlmədi. Allah Elçisi ﷺ qarşısında özü bu sözləri mənə öyrətdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər! Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah!” Sonra dedi: “Qayıt və səsini uzadaraq de: “Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-alə:h, həyyə aləs-salə:h! Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! Alla:hu Əkbər, Alla:hu Əkbər! Lə: ilə:hə illəllah!” Azanı bitirdikdən sonra məni çağırdı və mənə (kiçik) gümüş kisə verdi”. Sonra əlini Əbu Məhzuranın kəkilinə qoydu və əlini üzünə tərəf sürüşdürdü, sonra onun əli Əbu Məhzuranın sinəsinin arasından qaraciyər nahiyəsinə və göbəyinə çatdı və Allah Elçisi belə buyurdu: “Allah sənə bərəkət versin və sənin üzərinə bərəkət endirsin!” Mən dedim: “Ey Allahın Elçisi, mənim Məkkədə azan verməyimə izn ver!” Allah Elçisi ﷺ dedi: “Mən bunu sənə izn verdim”. Məndə ona (qarşı pis hiss) keçib getdi və bunlar hamısı Allah Elçisinə olan məhəbbətə çevrildi. Sonra mən Məkkədə Allah Elçisinin ﷺ işlərini görən Attab ibn Əsid adlı adamın yanına gəldim və Allah Elçisinin ﷺ əmrinə tabe olaraq onunla birlikdə namaz üçün azan verdim”.”

Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura
Səhihİbn Məcə, 708 (Azan, 3)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَفَّانُ ، حَدَّثَنَا هَمَّامُ بْنُ يَحْيَى ، عَنْ عَامِرٍ الأَحْوَلِ ، أَنَّ مَكْحُولاً حَدَّثَهُ , أَنَّ عَبْدَ اللهِ بْنَ مُحَيْرِيزٍ حَدَّثَهُ , أَنَّ أَبَا مَحْذُورَةَ حَدَّثَهُ , قَالَ : عَلَّمَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الأَذَانَ تِسْعَ عَشْرَةَ كَلِمَةً ، وَالإِقَامَةَ سَبْعَ عَشْرَةَ كَلِمَةً ، الأَذَانُ : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَالإِقَامَةُ سَبْعَ عَشْرَةَ كَلِمَةً : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، قَدْ قَامَتِ الصَّلاَةُ ، قَدْ قَامَتِ الصَّلاَةُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ.

“Abdullah ibn Muheyriz ﵀ rəvayət edir ki, Əbu Məhzura demişdir: “Allah Elçisi ﷺ mənə on doqquz kəlmədən ibarət azan və on yeddi kəlmədən ibarət iqaməni öyrətdi. Azan budur: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər! Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasulullah, əşhədu ənnə Muhəmmədən Rasulullah! Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasulullah, əşhədu ənnə Muhəmmədən Rasulullah! Həyyə aləs-saləh, həyyə aləs-saləh! Həyyə aləl-fələh, həyyə aləl-fələh! Allahu Əkbər, Allahu Əkbər! Lə iləhə illəllah! İqamə isə on yeddi kəlmədir: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər! Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasulullah, əşhədu ənnə Muhəmmədən Rasulullah! Həyyə aləs-saləh, həyyə aləs-saləh! Həyyə aləl-fələh, həyyə aləl-fələh! Qad qamətis-salətu, qad qamətis-saləh, Allahu Əkbər, Allahu Əkbər! Lə iləhə illəllah!””

Abdullah ibn Muheyriz
Səhihİbn Məcə, 709 (Azan, 4)

Fəsil 3

Azanın sünnəsi

بَابُ السُّنَّةِ فِي الأَذَانِ

حَدَّثَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْهَاشِمِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، عَنْ حَجَّاجِ بْنِ أَرْطَاةَ ، عَنْ عَوْنِ بْنِ أَبِي جُحَيْفَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالأَبْطَحِ ، وَهُوَ فِي قُبَّةٍ حَمْرَاءَ ، فَخَرَجَ بِلاَلٌ , فَأَذَّنَ ، فَاسْتَدَارَ فِي أَذَانِهِ ، وَجَعَلَ إِصْبَعَيْهِ فِي أُذُنَيْهِ.

“Aun ibn Əbu Cuheyfə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Əbtah deyilən yerdə Allah Elçisinin ﷺ yanına gəldim. O, qırmızı rəngdə olan çadırda idi. Az müddət sonra Bilal çıxdı və azan verməyə başladı. Azan verdikdə sağa və sola çevrildi. Barmaqlarını qulağına salmışdı”.”

Aun ibn Əbu Cuheyfə atasından
Səhihİbn Məcə, 711 (Azan, 6)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا أَبُو دَاوُدَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : كَانَ بِلاَلٌ لاَ يَخْرِمُ الأَذَانَ عَنِ الْوَقْتِ ، وَرُبَّمَا أَخَّرَ الإِقَامَةَ شَيْئًا.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Bilal azanı vaxtında verər, hərdən iqaməni bir az gecikdirərdi”.”

Cabir ibn Səmura
Həsənİbn Məcə, 713 (Azan, 8)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ أَشْعَثَ ، عَنِ الْحَسَنِ ، عَنْ عُثْمَانَ بْنِ أَبِي الْعَاصِ ، قَالَ : كَانَ آخِرُ مَا عَهِدَ إِلَيَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ لاَ أَتَّخِذَ مُؤَذِّنًا يَأْخُذُ عَلَى الأَذَانِ أَجْرًا.

“Rəvayət edilir ki, Osman ibn Əbul-As ﵁ demişdir: “Peyğəmbərin ﷺ mənə etdiyi son tövsiyəsi maaş müqabilində azan verəni təyin etməmək olmuşdur”.”

Osman ibn Əbul-As
Səhihİbn Məcə, 714 (Azan, 9)

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ بِلاَلٍ , أَنَّهُ أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُؤْذِنُهُ بِصَلاَةِ الْفَجْرِ , فَقِيلَ : هُوَ نَائِمٌ ، فَقَالَ : الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ ، الصَّلاَةُ خَيْرٌ مِنَ النَّوْمِ , فَأُقِرَّتْ فِي تَأْذِينِ الْفَجْرِ ، فَثَبَتَ الأَمْرُ عَلَى ذَلِكَ.

“Səid ibn Museyyib ﵂ rəvayət edir ki, Bilal Sübh namazına azan vermək üçün Peyğəmbərin ﷺ yanına gəldi. Ona deyildi: “O yatıb”. Bilal belə dedi: “əs-Salə:tu xayrum-min ən-nəum, əs-Salə:tu xayrum-min ən-nəum!” Beləcə, Sübh namazının azanında belə demək sabit olaraq qaldı”.”

Səid ibn Museyyib
Səhihİbn Məcə, 716 (Azan, 11)

Fəsil 4

Müəzzin azan verdikdə nə demək lazımdır?

بَابُ مَا يُقَالَ إِذَا أَذَّنَ الْمُؤَذِّنُ

حَدَّثَنَا أَبُو إِسْحَاقَ الشَّافِعِيُّ إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ الْعَبَّاسِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ ، عَنْ عَبَّادِ بْنِ إِسْحَاقَ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أَذَّنَ الْمُؤَذِّنُ ، فَقُولُوا مِثْلَ قَوْلِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Müəzzin azan verdikdə onun dediyi kimi deyin!””

Əbu Hureyra
Səhihİbn Məcə, 718 (Azan, 13)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، وَأَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، قَالاَ : حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ اللَّيْثِيِّ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا سَمِعْتُمُ النِّدَاءَ ، فَقُولُوا كَمَا يَقُولُ الْمُؤَذِّنُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Azanı eşitdiyiniz zaman müəzzinin dediklərini deyin!””

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 720 (Azan, 15)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنِ الْحُكَيْمِ بْنِ عَبْدِ اللهِ بْنِ قَيْسٍ ، عَنْ عَامِرِ بْنِ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُ قَالَ : مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤَذِّنَ : وَأَنَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، رَضِيتُ بِاللَّهِ رَبًّا ، وَبِالإِسْلاَمِ دِينًا ، وَبِمُحَمَّدٍ نَبِيًّا ، غَفَرَ اللهُ لَهُ ذَنْبَهُ.

“Səd ibn Əbu Vaqqas ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim müəzzinin “Kim azanı eşidərək: “Əşhədu əl-lə: ilə:hə illəlla:hu vahdəhu lə: şəri:kə ləhu və ənnə Muhəmmədən abduhu va rasu:luhu. Radi:tu billə:hi Rabbən və bi Muhəmmədin rasu:lən, va bil-İslə:mi di:nən!”- deyərsə, Allah onun günahlarını bağışlayar”.”

Səd ibn Əbu Vaqqas
Səhihİbn Məcə, 721 (Azan, 16)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى , وَالْعَبَّاسُ بْنُ الْوَلِيدِ الدِّمَشْقِيُّ , وَمُحَمَّدُ بْنُ أَبِي الْحُسَيْنِ ، قَالُوا : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ الأَلْهَانِيُّ ، حَدَّثَنَا شُعَيْبُ بْنُ أَبِي حَمْزَةَ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ قَالَ حِينَ يَسْمَعُ النِّدَاءَ : اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ ، وَالصَّلاَةِ الْقَائِمَةِ ، آتِ مُحَمَّدًا الْوَسِيلَةَ ، وَالْفَضِيلَةَ ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ، إِلاَّ حَلَّتْ لَهُ الشَّفَاعَةُ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim azanı eşitdikdə: “Alla:hummə Rabbə hə:zihid-də'vətit-tə:mmə, vas-salə:til-qa:imə, ə:ti Muhəmmədənil-vasi:lətə val-fədi:lətə, vab'ashu məqa:mən məhmu:dənilləzi: vəadtəhu!”- deyərsə, Qiyamət günü mənim şəfaətimə qovuşar”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 722 (Azan, 17)

Fəsil 5

Azanın fəziləti və müəzzinin (azan verənin) savabı

بَابُ فَضْلِ الأَذَانِ وَثَوَابِ الْمُؤَذِّنِينَ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ أَبِيهِ ، وَكَانَ أَبُوهُ فِي حِجْرِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , قَالَ : قَالَ لِي أَبُو سَعِيدٍ : إِذَا كُنْتَ فِي الْبَوَادِي ، فَارْفَعْ صَوْتَكَ بِالأَذَانِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَسْمَعُهُ جِنٌّ ، وَلاَ إِنْسٌ ، وَلاَ شَجَرٌ ، وَلاَ حَجَرٌ ، إِلاَّ شَهِدَ لَهُ.

“Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə atasından ﵀ rəvayət edir ki, atası Əbu Səid əl-Xudrinin dizinin dibində böyümüşdü, Əbu Səid ona belə dedi: “Obada olduğun zaman azanı yüksək səslə oxu! Çünki mən, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müəzzinin səsini eşidən elə bir cin, insan, ağac və daş yoxdur ki, (Qiyamət günü) ona şahidlik etməsin”.”

Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə atasından
Səhihİbn Məcə, 723 (Azan, 18)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عُثْمَانَ ، عَنْ أَبِي يَحْيَى ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ مِنْ فِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْمُؤَذِّنُ يُغْفَرُ لَهُ ، مَدَى صَوْتِهِ ، وَيَسْتَغْفِرُ لَهُ كُلُّ رَطْبٍ ، وَيَابِسٍ ، وَشَاهِدُ الصَّلاَةِ ، يُكْتَبُ لَهُ خَمْسٌ وَعِشْرُونَ حَسَنَةً ، وَيُكَفَّرُ عَنْهُ مَا بَيْنَهُمَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ ağzından eşitmişəm: “Səsinin çatdığı yerə qədər müəzzinin günahları bağışlanır. (Onu eşidən) yaş və quru olan hər bir şey onun üçün bağışlanma diləyir. Camaatla namaz qılana isə iyirmi beş savab yazılır və iki namaz arasındakı günahları bağışlanır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 724 (Azan, 19)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ , وَإِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، قَالَ : سَمِعْتُ مُعَاوِيَةَ بْنَ أَبِي سُفْيَانَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْمُؤَذِّنُونَ أَطْوَلُ النَّاسِ أَعْنَاقًا يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Muaviyə ibn Əbu Süfyan ﵄ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Qiyamət günü müəzzinlər boyunları ən uzun olan insanlardır”.”

Muaviyə ibn Əbu Süfyan
Səhihİbn Məcə, 725 (Azan, 20)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى , وَالْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ صَالِحٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ أَذَّنَ ثِنْتَيْ عَشْرَةَ سَنَةً , وَجَبَتْ لَهُ الْجَنَّةُ ، وَكُتِبَ لَهُ بِتَأْذِينِهِ فِي كُلِّ يَوْمٍ سِتُّونَ حَسَنَةً ، وَلِكُلِّ إِقَامَةٍ ثَلاَثُونَ حَسَنَةً.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim on iki il azan verərsə, Cənnət ona vacib olar. Ona hər gün verdiyi azana görə altmış, iqaməyə görə isə otuz savab verilər”.”

İbn Ömər
Səhihİbn Məcə, 728 (Azan, 23)

Fəsil 6

İqamənin sözlərini tək sayda demək

بَابُ إِفْرَادِ الإِقَامَةِ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْجَرَّاحِ ، حَدَّثَنَا الْمُعْتَمِرُ بْنُ سُلَيْمَانَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : الْتَمَسُوا شَيْئًا يُؤْذِنُونَ بِهِ عَلَمًا لِلصَّلاَةِ ، فَأُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ ، وَيُوتِرَ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Namaza çağırmaq üçün çox şey araşdırıldı. Sonra Bilala əmr edildi ki, azanın sözlərini cüt sayda, iqamənin sözlərini isə tək sayda desin”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 729 (Azan, 24)

حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا عُمَرُ بْنُ عَلِيٍّ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : أُمِرَ بِلاَلٌ أَنْ يَشْفَعَ الأَذَانَ ، وَيُوتِرَ الإِقَامَةَ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Bilala azanı qoşa sözlərlə, iqaməni isə tək-tək olan sözlərlə demək əmr edildi”.”

Ənəs
Səhihİbn Məcə, 730 (Azan, 25)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَعْدِ بْنِ عَمَّارِ بْنِ سَعْدٍ , مُؤَذِّنِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , حَدَّثَنِي أَبِي ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، أَنَّ أَذَانَ بِلاَلٍ كَانَ مَثْنَى مَثْنَى ، وَإِقَامَتَهُ مُفْرَدَةٌ.

“Allah Elçisinin ﷺ müəzzini olan Abdur-Rahmən ibn Səd ibn Əmmar ibn Səd atasından və babasından ﵁ rəvayət edir ki, Bilal azanı qoşa kəlmələrlə, iqaməni isə tək-tək kəlmələrlə verərdi.”

Abdur-Rahmən ibn Səd ibn Əmmar ibn Səd atasından və babasından
Səhihİbn Məcə, 731 (Azan, 26)

حَدَّثَنَا أَبُو بَدْرٍ عَبَّادُ بْنُ الْوَلِيدِ , حَدَّثَنِي مُعَمَّرُ بْنُ مُحَمَّدِ بْنِ عُبَيْدِ اللهِ بْنِ أَبِي رَافِعٍ , مَوْلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , حَدَّثَنِي أَبِي مُحَمَّدُ بْنُ عُبَيْدِ اللهِ ، عَنْ أَبِيهِ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي رَافِعٍ ، قَالَ : رَأَيْتُ بِلاَلاً يُؤَذِّنُ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَثْنَى مَثْنَى ، وَيُقِيمُ وَاحِدَةً.

“Rəvayət edilir ki, Əbu Rafi ﵁ demişdir: “Mən Bilalın Allah Elçisinin ﷺ hüzurunda azanın kəlmələrini qoşa sözlərlə, iqamənin kəlmələrini isə tək-tək sözlərlə dediyini gördüm”.”

Əbu Rafi
Səhihİbn Məcə, 732 (Azan, 27)

Fəsil 7

Azan verilərkən məsciddəsənsə, oradan çıxmamaq

بَابُ إِذَا أَذَّنَ وَأَنْتَ فِي الْمَسْجِدِ فَلاَ تَخْرُجْ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ أَبِي الشَّعْثَاءِ ، قَالَ : كُنَّا قُعُودًا فِي الْمَسْجِدِ مَعَ أَبِي هُرَيْرَةَ ، فَأَذَّنَ الْمُؤَذِّنُ , فَقَامَ رَجُلٌ مِنَ الْمَسْجِدِ يَمْشِي ، فَأَتْبَعَهُ أَبُو هُرَيْرَةَ بَصَرَهُ حَتَّى خَرَجَ مِنَ الْمَسْجِدِ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : أَمَّا هَذَا ، فَقَدْ عَصَى أَبَا الْقَاسِمِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu əş-Şə'sə ﵀ demişdir: “Biz Əbu Hureyra ilə birlikdə məsciddə oturmuşduq. Müəzzin azan verdi və bir kişi məsciddən çıxmaq üçün ayağa durdu. Həmin adam məsciddən çıxana qədər Əbu Hureyra ona baxdı və dedi: “O ki qaldı buna, artıq o, Əbul-Qasimə (Allah Elçisinə) ﷺ asi oldu”.”

Əbu əş-Şə'sə
Səhihİbn Məcə, 733 (Azan, 28)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ عُمَرَ ، عَنِ ابْنِ أَبِي فَرْوَةَ ، عَنْ مُحَمَّدِ بْنِ يُوسُفَ , مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ ، عَنْ أَبِيهِ ، عَنْ عُثْمَانَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ أَدْرَكَهُ الأَذَانُ فِي الْمَسْجِدِ ، ثُمَّ خَرَجَ ، لَمْ يَخْرُجْ لِحَاجَةٍ ، وَهُوَ لاَ يُرِيدُ الرَّجْعَةَ ، فَهُوَ مُنَافِقٌ.

“Rəvayət edilir ki, Osman ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim məsciddə olduqda azan oxunarsa, sonra ehtiyac olmadan bayıra çıxsa və qayıtmaq da istəməzsə, artıq o, münafiqdir”.”

Osman
Səhihİbn Məcə, 734 (Azan, 29)