Azan və onun sünnələri

Azanda səsi yüksəltmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ , وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، أَخْبَرَنَا ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي مَحْذُورَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَيْرِيزٍ ، وَكَانَ يَتِيمًا فِي حِجْرِ أَبِي مَحْذُورَةَ بْنِ مِعْيَرٍ حِينَ جَهَّزَهُ إِلَى الشَّامِ ، فَقُلْتُ لأَبِي مَحْذُورَةَ : أَيْ عَمِّ , إِنِّي خَارِجٌ إِلَى الشَّامِ ، وَإِنِّي أُسْأَلُ عَنْ تَأْذِينِكَ ، فَأَخْبَرَنِي أَنَّ أَبَا مَحْذُورَةَ قَالَ : خَرَجْتُ فِي نَفَرٍ ، فَكُنَّا بِبَعْضِ الطَّرِيقِ ، فَأَذَّنَ مُؤَذِّنُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالصَّلاَةِ , عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَمِعْنَا صَوْتَ الْمُؤَذِّنِ , وَنَحْنُ عَنْهُ مُتَنَكِّبُونَ ، فَصَرَخْنَا نَحْكِيهِ ، تَهَزُّأً ، فَسَمِعَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَرْسَلَ إِلَيْنَا قَوْمًا ، فَأَقْعَدُونَا بَيْنَ يَدَيْهِ ، فَقَالَ : أَيُّكُمُ الَّذِي سَمِعْتُ صَوْتَهُ قَدِ ارْتَفَعَ ؟ فَأَشَارَ إِلَيَّ الْقَوْمُ كُلُّهُمْ ، وَصَدَقُوا ، فَأَرْسَلَ كُلَّهُمْ وَحَبَسَنِي ، وَقَالَ لِي : قُمْ فَأَذِّنْ , فَقُمْتُ وَلاَ شَيْءَ أَكْرَهُ إِلَيَّ مِنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلاَ مِمَّا يَأْمُرُنِي بِهِ , فَقُمْتُ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَلْقَى عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ التَّأْذِينَ هُوَ بِنَفْسِهِ ، فَقَالَ : قُلِ : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ , ثُمَّ قَالَ لِي : ارْفَعْ فَمُدَّ مِنْ صَوْتِكَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ , ثُمَّ دَعَانِي حِينَ قَضَيْتُ التَّأْذِينَ ، فَأَعْطَانِي صُرَّةً فِيهَا شَيْءٌ مِنْ فِضَّةٍ ، ثُمَّ وَضَعَ يَدَهُ عَلَى نَاصِيَةِ أَبِي مَحْذُورَةَ ، ثُمَّ أَمَرَّهَا عَلَى وَجْهِهِ ، ثُمَّ مِنْ بَيْنِ ثَدْيَيْهِ ، ثُمَّ عَلَى كَبِدِهِ ، ثُمَّ بَلَغَتْ يَدُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُرَّةَ أَبِي مَحْذُورَةَ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بَارَكَ اللَّهُ لَكَ ، وَبَارَكَ عَلَيْكَ , فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَمَرْتَنِي بِالتَّأْذِينِ بِمَكَّةَ ؟ قَالَ : نَعَمْ ، قَدْ أَمَرْتُكَ , فَذَهَبَ كُلُّ شَيْءٍ كَانَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ كَرَاهِيَةٍ ، وَعَادَ ذَلِكَ كُلُّهُ مَحَبَّةً لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَدِمْتُ عَلَى عَتَّابِ بْنِ أَسِيدٍ ، عَامِلِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِمَكَّةَ ، فَأَذَّنْتُ مَعَهُ بِالصَّلاَةِ عَنْ أَمْرِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ. قَالَ : وَأَخْبَرَنِي ذَلِكَ مَنْ أَدْرَكَ أَبَا مَحْذُورَةَ ، عَلَى مَا أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ مُحَيْرِيزٍ.

“Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura ﵀ rəvayət edir ki, Abdullah ibn Muheyriz ona dedi ki, o, Əbu Məhzuranın yanında qalan yetim uşaq idi. Əbu Məhzura onu Şama getmək üçün hazırlaşdırdı, o da Əbu Məhzuraya dedi: “Ey əmi, mən Şama gedirəm və insanların məndən sənin azan verməyin haqqında soruşmalarından qorxuram”. Əbu Məhzura ona dedi: “Mən bir dəstə insanla Huneyn yolunda Allah Elçisi ﷺ ilə rastlaşdım. O, Huneyndən gəlirdi. Allah Elçisinin ﷺ müəzzini namaz üçün azan verdi. Biz bu səsi eşidib ona istehza edirdik. Allah Elçisi ﷺ bu səsi eşidib bizim yanımıza adam göndərdi. Biz onun yanına gəldik və Allah Elçisi ﷺ bizə dedi: “Mənim eşitdiyim səs hansınızın səsi idi?” Bizimkilər işarə ilə məni göstərdilər. Allah Elçisi ﷺ onları geriyə qaytardı, mənə isə dedi: “Qalx, namaz üçün azan ver!” Mən də qalxdım və bu mənə ağır gəlmədi. Allah Elçisi ﷺ qarşısında özü bu sözləri mənə öyrətdi: “Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər, Alla:hu Əkbər! Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah!” Sonra dedi: “Qayıt və səsini uzadaraq de: “Əşhədu əl-Lə: ilə:hə illəllah, əşhədu əl-Lə: ilə:hə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasu:lullah, əşhədu ənnə Muhəmmədən Rasu:lullah! Həyyə aləs-alə:h, həyyə aləs-salə:h! Həyyə aləl-fələ:h, həyyə aləl-fələ:h! Alla:hu Əkbər, Alla:hu Əkbər! Lə: ilə:hə illəllah!” Azanı bitirdikdən sonra məni çağırdı və mənə (kiçik) gümüş kisə verdi”. Sonra əlini Əbu Məhzuranın kəkilinə qoydu və əlini üzünə tərəf sürüşdürdü, sonra onun əli Əbu Məhzuranın sinəsinin arasından qaraciyər nahiyəsinə və göbəyinə çatdı və Allah Elçisi belə buyurdu: “Allah sənə bərəkət versin və sənin üzərinə bərəkət endirsin!” Mən dedim: “Ey Allahın Elçisi, mənim Məkkədə azan verməyimə izn ver!” Allah Elçisi ﷺ dedi: “Mən bunu sənə izn verdim”. Məndə ona (qarşı pis hiss) keçib getdi və bunlar hamısı Allah Elçisinə olan məhəbbətə çevrildi. Sonra mən Məkkədə Allah Elçisinin ﷺ işlərini görən Attab ibn Əsid adlı adamın yanına gəldim və Allah Elçisinin ﷺ əmrinə tabe olaraq onunla birlikdə namaz üçün azan verdim”.”

Abdul-Əziz ibn Abdul-Məlik ibn Əbu Məhzura
Səhih

İstinad

İbn Məcə, 708 (Azan, 3)

Sunən İbn Məcə — Azan və onun sünnələri