Azanın başlanması
حَدَّثَنَا أَبُو عُبَيْدٍ مُحَمَّدُ بْنُ عُبَيْدِ بْنِ مَيْمُونٍ الْمَدَنِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ الْحَرَّانِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ اللهِ بْنِ زَيْدٍ ، عَنْ أَبِيهِ , قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَدْ هَمَّ بِالْبُوقِ ، وَأَمَرَ بِالنَّاقُوسِ , فَنُحِتَ ، فَأُرِيَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ فِي الْمَنَامِ ، قَالَ : رَأَيْتُ رَجُلاً عَلَيْهِ ثَوْبَانِ أَخْضَرَانِ , يَحْمِلُ نَاقُوسًا ، فَقُلْتُ لَهُ : يَا عَبْدَ اللهِ , تَبِيعُ النَّاقُوسَ ؟ قَالَ : وَمَا تَصْنَعُ بِهِ ؟ قُلْتُ : أُنَادِي بِهِ إِلَى الصَّلاَةِ ، قَالَ : أَفَلاَ أَدُلُّكَ عَلَى خَيْرٍ مِنْ ذَلِكَ ؟ قُلْتُ : وَمَا هُوَ ؟ قَالَ : تَقُولُ : اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، أَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الصَّلاَةِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، حَيَّ عَلَى الْفَلاَحِ ، اللَّهُ أَكْبَرُ ، اللَّهُ أَكْبَرُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ , قَالَ : فَخَرَجَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ ، حَتَّى أَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخْبَرَهُ بِمَا رَأَى ، قَالَ : يَا رَسُولَ اللهِ ، رَأَيْتُ رَجُلاً عَلَيْهِ ثَوْبَانِ أَخْضَرَانِ ، يَحْمِلُ نَاقُوسًا ، فَقَصَّ عَلَيْهِ الْخَبَرَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ صَاحِبَكُمْ قَدْ أُرِيَ رُؤْيَا ، فَاخْرُجْ مَعَ بِلاَلٍ إِلَى الْمَسْجِدِ , فَأَلْقِهَا عَلَيْهِ ، وَلْيُنَادِ بِلاَلٌ ؛ فَإِنَّهُ أَنْدَى صَوْتًا مِنْكَ , قَالَ : فَخَرَجْتُ مَعَ بِلاَلٍ إِلَى الْمَسْجِدِ ، فَجَعَلْتُ أُلْقِيهَا عَلَيْهِ وَهُوَ يُنَادِي بِهَا ، قَالَ : فَسَمِعَ عُمَرُ بْنُ الْخَطَّابِ بِالصَّوْتِ ، فَخَرَجَ , فَقَالَ : يَا رَسُولَ اللهِ ، وَاللَّهِ لَقَدْ رَأَيْتُ مِثْلَ الَّذِي رَأَى. قَالَ أَبُو عُبَيْدٍ : فَأَخْبَرَنِي أَبُو بَكْرٍ الْحَكَمِيُّ ، أَنَّ عَبْدَ اللهِ بْنَ زَيْدٍ الأَنْصَارِيَّ , قَالَ فِي ذَلِكَ : أَحْمَدُ اللَّهَ ذَا الْجَلاَلِ وَذَا الإِكْـرَامِ حَمْدًا عَلَى الأَذَانِ كَثِيرَا إِذْ أَتَانِي بِهِ الْبَشِيرُ مِنَ اللَّــهِ فَأَكْرِمْ بِهِ لَدَيَّ بَشِيرَا فِي لَيَالٍ وَالَى بِهِنَّ ثَلاَثٍ كُلَّمَا جَاءَ زَادَنِي تَوْقِيرَا.
“Muhəmməd ibn Abdullah ibn Zeyd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ namaza çağırış üçün şeypurdan istifadə etmək istəyirdi, sonra zınqırov düzəldilməsini əmr etdi. Abdullah ibn Zeyd də yuxuda gördüyünü danışdı: “Mən yuxumda iki yaşıl paltar geyinmiş bir adam gördüm, zınqırov daşıyırdı. Ona dedim: “Ey Allahın qulu, bu zınqırovu satırsan?” Adam dedi: “Bunu nə edəcəksən?” Mən dedim: “İnsanları namaza çağıracam”. Adam dedi: “Sənə bundan daha xeyirli bir yol göstərimmi?” Mən dedim: “O nədir ki?” O dedi: “Belə de: Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər! Əşhədu ən lə iləhə illəllah, əşhədu ən lə iləhə illəllah! Əşhədu ənnə Muhəmmədən Rasulullah, əşhədu ənnə Muhəmmədən Rasulullah! Həyyə aləs-saləh, həyyə aləs-saləh! Həyyə aləl-fələh, həyyə aləl-fələh! Allahu Əkbər, Allahu Əkbər! Lə iləhə illəllah!” Abdullah ibn Zeyd gördüyünü xəbər vermək üçün Peyğəmbərin ﷺ yanına gəlib: “Ey Allahın Elçisi, yuxumda iki yaşıl paltarlı bir adam gördüm, zınqırov daşıyırdı...” deyərək gördüyünü ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Dostunuz bir yuxu görüb. Bilal ilə məscidə get və bu sözləri Bilala öyrət, Bilal da insanları namaza çağırsın, çünki onun səsi səninkindən daha gurdur”. Mən Bilal ilə məscidə gəldim və ona bu sözləri öyrətməyə başladım. O da insanları bu sözlərlə namaza çağırmağa başladı. Bu səsi eşidən Ömər ibn əl-Xattab gəlib dedi: “Ey Allahın Elçisi, Allaha and olsun ki, bunu mən də yuxuda görmüşəm!” ...Abdullah ibn Zeyd əl-Ənsari deyir: “Bu azanı öyrədən Cəlal və Kəramət sahibi Allaha çoxlu həmd edirəm, azanı mənə Allahdan bir müjdəçi gətirdi. Nə gözəl müjdəçidir o, azan sözlərini üç gecə ard-arda gətirdi, hər gəlişində də hörmətimi artırdı!””
İstinad
İbn Məcə, 706 (Azan, 1)
Sunən İbn Məcə — Azan və onun sünnələri