Azan verilərkən məsciddəsənsə, oradan çıxmamaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ أَبِي الشَّعْثَاءِ ، قَالَ : كُنَّا قُعُودًا فِي الْمَسْجِدِ مَعَ أَبِي هُرَيْرَةَ ، فَأَذَّنَ الْمُؤَذِّنُ , فَقَامَ رَجُلٌ مِنَ الْمَسْجِدِ يَمْشِي ، فَأَتْبَعَهُ أَبُو هُرَيْرَةَ بَصَرَهُ حَتَّى خَرَجَ مِنَ الْمَسْجِدِ ، فَقَالَ أَبُو هُرَيْرَةَ : أَمَّا هَذَا ، فَقَدْ عَصَى أَبَا الْقَاسِمِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu əş-Şə'sə ﵀ demişdir: “Biz Əbu Hureyra ilə birlikdə məsciddə oturmuşduq. Müəzzin azan verdi və bir kişi məsciddən çıxmaq üçün ayağa durdu. Həmin adam məsciddən çıxana qədər Əbu Hureyra ona baxdı və dedi: “O ki qaldı buna, artıq o, Əbul-Qasimə (Allah Elçisinə) ﷺ asi oldu”.”
İstinad
İbn Məcə, 733 (Azan, 28)
Sunən İbn Məcə — Azan və onun sünnələri