Azan və onun sünnələri

Azanın fəziləti və müəzzinin (azan verənin) savabı

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُوسَى بْنِ أَبِي عُثْمَانَ ، عَنْ أَبِي يَحْيَى ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ مِنْ فِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْمُؤَذِّنُ يُغْفَرُ لَهُ ، مَدَى صَوْتِهِ ، وَيَسْتَغْفِرُ لَهُ كُلُّ رَطْبٍ ، وَيَابِسٍ ، وَشَاهِدُ الصَّلاَةِ ، يُكْتَبُ لَهُ خَمْسٌ وَعِشْرُونَ حَسَنَةً ، وَيُكَفَّرُ عَنْهُ مَا بَيْنَهُمَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ ağzından eşitmişəm: “Səsinin çatdığı yerə qədər müəzzinin günahları bağışlanır. (Onu eşidən) yaş və quru olan hər bir şey onun üçün bağışlanma diləyir. Camaatla namaz qılana isə iyirmi beş savab yazılır və iki namaz arasındakı günahları bağışlanır”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 724 (Azan, 19)

Sunən İbn Məcə — Azan və onun sünnələri