Azanın fəziləti və müəzzinin (azan verənin) savabı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ أَبِيهِ ، وَكَانَ أَبُوهُ فِي حِجْرِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , قَالَ : قَالَ لِي أَبُو سَعِيدٍ : إِذَا كُنْتَ فِي الْبَوَادِي ، فَارْفَعْ صَوْتَكَ بِالأَذَانِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لاَ يَسْمَعُهُ جِنٌّ ، وَلاَ إِنْسٌ ، وَلاَ شَجَرٌ ، وَلاَ حَجَرٌ ، إِلاَّ شَهِدَ لَهُ.
“Abdullah ibn Abdur-Rahmən ibn Əbu Sasaə atasından ﵀ rəvayət edir ki, atası Əbu Səid əl-Xudrinin dizinin dibində böyümüşdü, Əbu Səid ona belə dedi: “Obada olduğun zaman azanı yüksək səslə oxu! Çünki mən, Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Müəzzinin səsini eşidən elə bir cin, insan, ağac və daş yoxdur ki, (Qiyamət günü) ona şahidlik etməsin”.”
İstinad
İbn Məcə, 723 (Azan, 18)
Sunən İbn Məcə — Azan və onun sünnələri