Evin bir hissəsini namazgah etmək
حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ أَنَسِ بْنِ سِيرِينَ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ الْمُنْذِرِ بْنِ الْجَارُودِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : صَنَعَ بَعْضُ عُمُومَتِي لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ طَعَامًا ، فَقَالَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي أُحِبُّ أَنْ تَأْكُلَ فِي بَيْتِي ، وَتُصَلِّيَ فِيهِ , قَالَ : فَأَتَاهُ ، وَفِي الْبَيْتِ فَحْلٌ مِنْ هَذِهِ الْفُحُولِ ، فَأَمَرَ بِنَاحِيَةٍ مِنْهُ ، فَكُنِسَ وَرُشَّ ، فَصَلَّى ، وَصَلَّيْنَا مَعَهُ. قَالَ أَبُو عَبْدِ اللهِ بْنُ مَاجَةَ : الْفَحْلُ : هُوَ الْحَصِيرُ الَّذِي قَدِ اسْوَدَّ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əmilərimdən biri Peyğəmbər ﷺ üçün yemək hazırladı və dedi: “Evimizə gəlib yeməyimizdən yeməyini və namaz qılmağını istəyirəm”. Peyğəmbər ﷺ oraya gəldi. Evdə bir “fəhl” var idi. Peyğəmbər ﷺ namaz qılması üçün bir yerin hazırlanmasını əmr etdi. Ora süpürüldü və su səpildi. Sonra Peyğəmbər ﷺ namaza durdu, biz də onunla birlikdə namaz qıldıq”. Əbu Abdullah ibn Məcə deyir: “Fəhl” qaralmış həsir deməkdir”.”
İstinad
İbn Məcə, 756 (Məscidlər, 22)
Sunən İbn Məcə — Məscidlər və camaat