Sunən İbn MəcəMəscidlər və camaat

Kitab 4

Məscidlər və camaat

أَبْوَابُ الْمَسَاجِدِ وَالْجَمَاعَاتِ

51

hədis

Fəsil 1

Allah rizası üçün məscid tikən

بَابُ وَمَنْ بَنَى لِلَّهِ مَسْجِدًا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا لَيْثُ بْنُ سَعْد وَحَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا دَاوُدُ بْنُ عَبْدِ اللهِ الْجَعْفَرِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ؛ جَمِيعًا عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ أُسَامَةَ بْنِ الْهَادِ ، عَنِ الْوَلِيدِ بْنِ أَبِي الْوَلِيدِ ، عَنْ عُثْمَانَ بْنِ عَبْدِ اللهِ بْنِ سُرَاقَةَ الْعَدَوِيِّ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ , قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ بَنَى مَسْجِدًا يُذْكَرُ فِيهِ اسْمُ اللَّهُ ، بَنَى اللَّهُ لَهُ بَيْتًا فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Allahın adı yad edilən bir məscid tikərsə, Allah ona Cənnətdə bir ev bina edər”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 735 (Məscidlər, 1)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، عَنْ أَبِيهِ ، عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، عَنْ عُثْمَانَ بْنِ عَفَّانَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ بَنَى لِلَّهِ مَسْجِدًا ، بَنَى اللَّهُ لَهُ مِثْلَهُ فِي الْجَنَّةِ.

“Rəvayət edilir ki, Osman bin Əffan ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim Allah rizası üçün bir məscid tikərsə, Allah ona onun mislini Cənnətdə bina edər”.”

Osman bin Əffan
Səhihİbn Məcə, 736 (Məscidlər, 2)

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ نَشِيطٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي حُسَيْنٍ النَّوْفَلِيِّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَنْ بَنَى مَسْجِدًا لِلَّهِ , كَمَفْحَصِ قَطَاةٍ ، أَوْ أَصْغَرَ ، بَنَى اللَّهُ لَهُ بَيْتًا فِي الْجَنَّةِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah rizası üçün quş yuvası və ya ondan kiçik bir məscid tikərsə, Allah onun üçün Cənnətdə bir ev bina edər”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 738 (Məscidlər, 4)

Fəsil 2

Məscidlərin bəzədilməsi

بَابُ تَشْيِيدِ الْمَسَاجِدِ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مُعَاوِيَةَ الْجُمَحِيُّ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَقُومُ السَّاعَةُ , حَتَّى يَتَبَاهَى النَّاسُ فِي الْمَسَاجِدِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar bir-birinin qarşısında tikdikləri məscidlərlə öyünmədikcə Qiyamət qopmaz”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 739 (Məscidlər, 5)

Fəsil 3

Məscidləri harada tikmək icazəlidir?

بَابُ أَيْنَ يَجُوزُ بِنَاءُ الْمَسَاجِدِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ أَبِي التَّيَّاحِ الضُّبَعِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كَانَ مَوْضِعُ مَسْجِدِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِبَنِي النَّجَّارِ ، وَكَانَ فِيهِ نَخْلٌ ، وَمَقَابِرُ لِلْمُشْرِكِينَ ، فَقَالَ لَهُمُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : ثَامِنُونِي بِهِ , قَالُوا : لاَ نَأْخُذُ لَهُ ثَمَنًا أَبَدًا ، قَالَ : فَكَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَبْنِيهِ وَهُمْ يُنَاوِلُونَهُ ، وَالنَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : أَلاَ إِنَّ الْعَيْشَ عَيْشُ الآخِرَةْ ، فَاغْفِرْ لِلأَنْصَارِ ، وَالْمُهَاجِرَةْ , قَالَ : وَكَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصَلِّي قَبْلَ أَنْ يُبْنَى الْمَسْجِدَ حَيْثُ أَدْرَكَتْهُ الصَّلاَةُ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Peyğəmbərin ﷺ məscidinin yeri Bəni Nəccar tayfasının idi. Orada xurma ağacları və müşriklərin qəbirləri var idi. Peyğəmbər ﷺ onlara dedi: “Mənə qiymət deyin, onu alım!” Onlar dedilər: “Biz bunun üçün heç vaxt pul almarıq”. Belə olduqda Peyğəmbər ﷺ orada məscid tikməyə başladı. Peyğəmbər ﷺ belə deyirdi: “Bilin ki, həqiqi həyat Axirət həyatıdır. Allah ənsar və mühacirləri bağışlasın!” Peyğəmbər ﷺ məscid tikməzdən qabaq namazların vaxtı girdiyi yerdə qılardı”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 742 (Məscidlər, 8)

Fəsil 4

Namaz qılmağın bəyənilmədiyi yerlər

بَابُ الْمَوَاضِعِ الَّتِي يُكْرَهُ فِيهَا الصَّلاَةُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ , وَحَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الأَرْضُ كُلُّهَا مَسْجِدٌ ، إِلاَّ الْمَقْبَرَةَ ، وَالْحَمَّامَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qəbiristanlıq və hamamdan başqa yer üzünün hər tərəfi səcdəgahdır”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 745 (Məscidlər, 11)

Fəsil 5

Məscidlərdə nəyi etmək olmaz?

بَابُ مَا يُكْرَهُ فِي الْمَسَاجِدِ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ الْكِنْدِيُّ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْبَيْعِ وَالاِبْتِيَاعِ , وَعَنْ تَنَاشُدِ الأَشْعَارِ فِي الْمَسَاجِدِ.

“Amr ibn Şueyb atasının və babasının ﵁ belə dediklərini rəvayət etmişdir: “Allah Elçisi ﷺ məsciddə alış-veriş etməyi və şeir deməyi qadağan etmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 749 (Məscidlər, 15)

Fəsil 6

Məsciddə yatmaq

بَابُ النَّوْمِ فِي الْمَسْجِدِ

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : كُنَّا نَنَامُ فِي الْمَسْجِدِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə məciddə yatardıq”.”

İbn Ömər
Həsənİbn Məcə, 751 (Məscidlər, 17)

Fəsil 7

İlk tikilən məscid hansıdır?

بَابُ أَيُّ مَسْجِدٍ وُضِعَ أَوَّلُ

حَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ الْغِفَارِيِّ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ مَسْجِدٍ وُضِعَ أَوَّلُ ؟ قَالَ : الْمَسْجِدُ الْحَرَامُ , قَالَ : قُلْتُ : ثُمَّ أَيٌّ ؟ قَالَ : ثُمَّ الْمَسْجِدُ الأَقْصَى , قُلْتُ : كَمْ بَيْنَهُمَا ؟ قَالَ : أَرْبَعُونَ عَامًا ، ثُمَّ الأَرْضُ لَكَ مُصَلًّى ، فَصَلِّ حَيْثُمَا أَدْرَكَتْكَ الصَّلاَةُ.

“Rəvayət edilir ki, Əbu Zərr əl-Ğifari ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ilk tikilən məscid hansıdır?” O dedi: Məscidul-Haram”. Mən dedim: “Sonra hansı?” O dedi: “Məscidul-Əqsa”. Mən dedim: “Onların arasında nə qədər vaxt olub?” Allah Elçisi ﷺ buyurdu: “Qırx il. Yer üzünün hər yeri sənin üçün səcdəgahdır. Namazın vaxtı harada girərsə, orada da qıl!””

Əbu Zərr əl-Ğifari
Səhihİbn Məcə, 753 (Məscidlər, 19)

Fəsil 8

Evin bir hissəsini namazgah etmək

بَابُ الْمَسَاجِدِ فِي الدُّورِ

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ الأَنْصَارِيِّ ، وَكَانَ قَدْ عَقَلَ مَجَّةً مَجَّهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي دَلْوٍ فِي بِئْرٍ لَهُمْ ، عَنْ عِتْبَانَ بْنِ مَالِكٍ السَّالِمِيِّ , وَكَانَ إِمَامَ قَوْمِهِ بَنِي سَالِمٍ ، وَكَانَ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : جِئْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي قَدْ أَنْكَرْتُ مِنْ بَصَرِي ، وَإِنَّ السَّيْلَ يَأْتِي ، فَيَحُولُ بَيْنِي ، وَبَيْنَ مَسْجِدِ قَوْمِي ، وَيَشُقُّ عَلَيَّ اجْتِيَازُهُ ، فَإِنْ رَأَيْتَ أَنْ تَأْتِيَنِي ، فَتُصَلِّيَ فِي بَيْتِي مَكَانًا أَتَّخِذُهُ مُصَلًّى ، فَافْعَلْ ، قَالَ : أَفْعَلُ ، فَغَدَا عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَبُو بَكْرٍ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ ، وَاسْتَأْذَنَ ، فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ ، حَتَّى قَالَ : أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّيَ لَكَ مِنْ بَيْتِكَ ؟ فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِي أُحِبُّ أَنْ أُصَلِّيَ فِيهِ , فَقَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَصَفَفْنَا خَلْفَهُ ، فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، ثُمَّ احْتَبَسْتُهُ عَلَى خَزِيرَةٍ تُصْنَعُ لَهُمْ.

“Allah Elçisinin ﷺ quyudan su götürüb üzünə səpdiyi uşaq Mahmud ibn Rabi əl-Ənsari ﵁ Allah Elçisi ﷺ ilə birlikdə Bədr döyüşündə iştirak edən və Bəni Səlim tayfasına imamlıq edən İtban ibn Malik əs-Səlimidən rəvayət edərək buyurmuşdur: “Mən Allah Elçisinin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, mən gözləri zəif görən biriyəm. Yağış yağdıqda tayfamla mənim aramda sel olur və onu keçmək mənə çətin olur. Mənim evimə gəlib namazgah etməyim üçün bizdə bir yerdə namaz qıla bilərsən?” Allah Elçisi ﷺ dedi: “Gələrəm!” Səhəri gün Allah Elçisi Əbu Bəkrlə birlikdə günəş yüksəldikdən sonra bizə gəlib içəri girmələri üçün izn istədi. Evə girən kimi oturmadan belə buyurdu: “Evin harasında namaz qılmağımı istəyirsən?” Mən də namaz qılmasını istədiyim yeri ona göstərdim. Allah Elçisi ﷺ orada namaza durdu, biz də onun arxasında cərgəyə durduq. Allah Elçisi ﷺ bizə iki rükət namaz qıldırdı. Mən də hazır yeməyi yemələri üçün onları süfrəyə dəvət etdim”.”

Mahmud ibn Rabi əl-Ənsari
Səhihİbn Məcə, 754 (Məscidlər, 20)

حَدَّثَنَا يَحْيَى بْنُ الْفَضْلِ الْخُرْقِي ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ أَرْسَلَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ تَعَالَ فَخُطَّ لِي مَسْجِدًا فِي دَارِي أُصَلِّي فِيهِ ، وَذَلِكَ بَعْدَ مَا عَمِيَ ، فَجَاءَ ، فَفَعَلَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, ənsardan olan bir kişi kor olduğuna görə Allah Elçisinə ﷺ xəbər göndərdi ki: “Evimə gəlib mənim namaz qılmağım üçün bir yer təyin et!” Peyğəmbər ﷺ onun evinə gələrək dediyini etdi.”

Əbu Hureyra
Səhihİbn Məcə, 755 (Məscidlər, 21)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ أَنَسِ بْنِ سِيرِينَ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ الْمُنْذِرِ بْنِ الْجَارُودِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : صَنَعَ بَعْضُ عُمُومَتِي لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ طَعَامًا ، فَقَالَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي أُحِبُّ أَنْ تَأْكُلَ فِي بَيْتِي ، وَتُصَلِّيَ فِيهِ , قَالَ : فَأَتَاهُ ، وَفِي الْبَيْتِ فَحْلٌ مِنْ هَذِهِ الْفُحُولِ ، فَأَمَرَ بِنَاحِيَةٍ مِنْهُ ، فَكُنِسَ وَرُشَّ ، فَصَلَّى ، وَصَلَّيْنَا مَعَهُ. قَالَ أَبُو عَبْدِ اللهِ بْنُ مَاجَةَ : الْفَحْلُ : هُوَ الْحَصِيرُ الَّذِي قَدِ اسْوَدَّ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Əmilərimdən biri Peyğəmbər ﷺ üçün yemək hazırladı və dedi: “Evimizə gəlib yeməyimizdən yeməyini və namaz qılmağını istəyirəm”. Peyğəmbər ﷺ oraya gəldi. Evdə bir “fəhl” var idi. Peyğəmbər ﷺ namaz qılması üçün bir yerin hazırlanmasını əmr etdi. Ora süpürüldü və su səpildi. Sonra Peyğəmbər ﷺ namaza durdu, biz də onunla birlikdə namaz qıldıq”. Əbu Abdullah ibn Məcə deyir: “Fəhl” qaralmış həsir deməkdir”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 756 (Məscidlər, 22)

Fəsil 9

Məscidləri təmiz saxlayaraq gözəl ətirlər vurmaq

بَابُ تَطْهِيرِ الْمَسَاجِدِ وَتَطْيِيبِهَا

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ بِشْرِ بْنُ الْحَكَمِ ، وَأَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالاَ : حَدَّثَنَا مَالِكُ بْنُ سُعَيْرٍ ، أَخْبَرَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَمَرَ بِالْمَسَاجِدِ أَنْ تُبْنَى فِي الدُّورِ ، وَأَنْ تُطَهَّرَ , وَتُطَيَّبَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidlərin məhəllələrə və evlərə yaxın yerlərdə tikilməsini, oranın təmiz saxlanılmasını və ətirlənməsini əmr etdi.”

Aişə
Səhihİbn Məcə, 758 (Məscidlər, 24)

حَدَّثَنَا رِزْقُ اللهِ بْنُ مُوسَى ، حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِسْحَاقَ الْحَضْرَمِيُّ ، حَدَّثَنَا زَائِدَةُ بْنُ قُدَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , قَالَتْ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ تُتَّخَذَ الْمَسَاجِدُ فِي الدُّورِ ، وَأَنْ تُطَهَّرَ ، وَتُطَيَّبَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ məscidlərin məhəllələrə və evlərə yaxın yerlərdə tikilməsini, oranın təmiz saxlanılmasını və ətirlənməsini əmr etdi”.”

Aişə
Səhihİbn Məcə, 759 (Məscidlər, 25)

Fəsil 10

Məsciddə tüpürməyin qadağan olması

بَابُ كَرَاهِيَةِ النُّخَاعَةِ فِي الْمَسْجِدِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ أَبُو مَرْوَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ حُمَيْدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، وَأَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُمَا أَخْبَرَاهُ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى نُخَامَةً فِي جِدَارِ الْمَسْجِدِ ، فَتَنَاوَلَ حَصَاةً ، فَحَكَّهَا ، ثُمَّ قَالَ : إِذَا تَنَخَّمَ أَحَدُكُمْ ، فَلاَ يَتَنَخَّمَنَّ قِبَلَ وَجْهِهِ ، وَلاَ عَنْ يَمِينِهِ ، وَلْيَبْزُقْ عَنْ شِمَالِهِ ، أَوْ تَحْتَ قَدَمِهِ الْيُسْرَى.

“Əbu Hureyra və Əbu Səid əl-Xudri ﵄ rəvayət edirlər ki, Allah Elçisi ﷺ məscidin divarında bəlğəm gördü və yerdən çınqıl-daş götürüb onu təmizlədi, sonra buyurdu: “Biriniz tüpürmək istədikdə önünə və sağ tərəfinə tüpürməsin, soluna və ya sol ayağının altına tüpürsün (yəni sol ayağı tərəfə tüpürüb sol ayağı ilə onu örtsün)”.”

Əbu Hureyra və Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 761 (Məscidlər, 27)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَرِيفٍ ، حَدَّثَنَا عَائِذُ بْنُ حَبِيبٍ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، فَغَضِبَ , حَتَّى احْمَرَّ وَجْهُهُ ، فَجَاءَتْهُ امْرَأَةٌ مِنَ الأَنْصَارِ , فَحَكَّتْهَا ، وَجَعَلَتْ مَكَانَهَا خَلُوقًا , فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا أَحْسَنَ هَذَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ məscidin qiblə tərəfində tüpürcək gördü və üzü qızarmaq həddinə qədər qəzəbləndi. Ənsardan olan bir qadın qalxıb onu sildi və həmin yerə zəfərandan olan ətirdən sürtdü. Allah Elçisi ﷺ dedi: “Bu, necə də yaxşı oldu!””

Ənəs ibn Malik
Səhihİbn Məcə, 762 (Məscidlər, 28)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، وَهُوَ يُصَلِّي بَيْنَ يَدَيِ النَّاسِ ، فَحَتَّهَا ، ثُمَّ قَالَ حِينَ انْصَرَفَ مِنَ الصَّلاَةِ : إِنَّ أَحَدَكُمْ إِذَا كَانَ فِي الصَّلاَةِ ، فَإِنَّ اللَّهَ قِبَلَ وَجْهِهِ ، فَلاَ يَتَنَخَّمَنَّ أَحَدٌ قِبَلَ وَجْهِهِ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ camaatın qarşısında namaz qıldığı vaxt məscidin qiblə tərəfində bəlğəm gördü. Namazı bitirdikdən sonra onu sildi və dedi: “Biriniz namaz qıldıqda Allah onun üzü istiqamətində olur. Heç kim namazda qiblə istiqamətinə tüpürməsin”.”

İbn Ömər
Səhihİbn Məcə, 763 (Məscidlər, 29)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ , أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَكَّ بُزَاقًا فِي قِبْلَةِ الْمَسْجِدِ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ məscidin qiblə tərəfində olan bəlğəmi sildi.”

Aişə
Səhihİbn Məcə, 764 (Məscidlər, 30)

Fəsil 11

Məsciddə itmiş heyvanı elan etməyin qadağan olması

بَابُ النَّهْيِ عَنْ إِنْشَادِ الضَّوَالِّ فِي الْمَسْجِدِ

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أَبِي سِنَانٍ سَعِيدِ بْنِ سِنَانٍ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، عَنْ سُلَيْمَانَ بْنِ بُرَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ رَجُلٌ : مَنْ دَعَا إِلَى الْجَمَلِ الأَحْمَرِ ؟ فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ وَجَدْتَهُ ، إِنَّمَا بُنِيَتِ الْمَسَاجِدُ لِمَا بُنِيَتْ لَهُ.

“Süleyman ibn Bureydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ namazı qıldırmışdı. Bir kişi dedi: “Mənim itən qırmızı dəvəmi tapan varmı?” Peyğəmbər ﷺ buyurdu: “Görüm onu heç tapmayasan! Məscidlər bunun üçün tikilməyib”.”

Süleyman ibn Bureydə atasından
Səhihİbn Məcə, 765 (Məscidlər, 31)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا ابْنُ لَهِيعَةَ (ح) وَحَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَاعِيلَ ؛ جَمِيعًا عَنِ ابْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ إِنْشَادِ الضَّالَّةِ فِي الْمَسْجِدِ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ itən heyvanı məsciddə elan edərək axtarmağı qadağan etmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
Həsənİbn Məcə, 766 (Məscidlər, 32)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي حَيْوَةُ بْنُ شُرَيْحٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الأَسَدِيِّ أَبِي الأَسْوَدِ ، عَنْ أَبِي عَبْدِ اللهِ ، مَوْلَى شَدَّادِ بْنِ الْهَادِ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَنْ سَمِعَ رَجُلاً يَنْشُدُ ضَالَّةً فِي الْمَسْجِدِ ، فَلْيَقُلْ : لاَ رَدَّ اللَّهُ عَلَيْكَ ، فَإِنَّ الْمَسَاجِدَ لَمْ تُبْنَ لِهَذَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kim bir kişinin itirdiyini tapmaq üçün məsciddə elan edərək nəyisə axtardığını eşitsə, ona belə desin: “Allah onu sənə qaytarmasın! Məscid bunun üçün deyil”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 767 (Məscidlər, 33)

Fəsil 12

Dəvə və qoyun tövlələrində namaz qılınması

بَابُ الصَّلاَةَ فِي أَعْطَانِ الإِبِلِ وَمُرَاحِ الْغَنَمِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ (ح) وَحَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالاَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنْ لَمْ تَجِدُوا إِلاَّ مَرَابِضَ الْغَنَمِ ، وَأَعْطَانَ الإِبِلِ ، فَصَلُّوا فِي مَرَابِضِ الْغَنَمِ ، وَلاَ تُصَلُّوا فِي أَعْطَانِ الإِبِلِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər namaz qılmağa qoyun və dəvə tövlələrindən başqa yer tapmasanız, qoyun tövlələrində namaz qılın, dəvə tövlələrində isə qılmayın!””

Əbu Hureyra
Səhihİbn Məcə, 768 (Məscidlər, 34)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الحُبَاب ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ الرَّبِيعِ بْنِ سَبْرَةَ بْنِ مَعْبَدٍ الْجُهَنِيُّ ، أَخْبَرَنِي أَبِي ، عَنْ أَبِيهِ ؛ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ يُصَلَّى فِي أَعْطَانِ الإِبِلِ ، وَيُصَلَّى فِي مُرَاحِ الْغَنَمِ.

“Abdul-Məlik ibn Rabi ibn Səbra ibn Məbəd əl-Cuhəninin atası öz atasından ﵁ rəvayət etmişdir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Dəvə tövlələrində namaz qılmayın! Qoyun tövlələrində isə namaz qıla bilərsiniz”.”

Abdul-Məlik ibn ər-Rabi ibn Səbra atasından, o da babasından
Səhihİbn Məcə, 770 (Məscidlər, 36)

Fəsil 13

Məscidə girdikdə edilən dua

بَابُ الدُّعَاءِ عِنْدَ دُخُولِ الْمَسْجِدِ

حَدَّثَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ الْحِمْصِيُّ , وَعَبْدُ الْوَهَّابِ بْنُ الضَّحَّاكِ ، قَالاَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ سَعِيدِ بْنِ سُوَيْدٍ الأَنْصَارِيِّ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ لِيَقُلِ : اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ ، وَإِذَا خَرَجَ , فَلْيَقُلِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ.

“Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri məscidə girdikdə Peyğəmbərə ﷺ salam və salavat desin! Sonra söyləsin: “Allahım, mənim üçün rəhmətinin qapılarını aç!” Məsciddən çıxdıqda isə desin: “Allahım, sənin lütfündən diləyirəm!””

Əbu Humeyd əs-Səidi
Səhihİbn Məcə, 772 (Məscidlər, 38)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، حَدَّثَنَا الضَّحَّاكُ بْنُ عُثْمَانَ , حَدَّثَنِي سَعِيدٌ الْمَقْبُرِيُّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلْيَقُلِ : اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ ، وَإِذَا خَرَجَ ، فَلْيُسَلِّمْ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَلْيَقُلِ : اللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ الرَّجِيمِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biri məscidə girdikdə Peyğəmbərə ﷺ salam desin! Sonra söyləsin: “Allahım, mənim üçün rəhmətinin qapılarını aç!” Məsciddən çıxdıqda yenə Peyğəmbərə ﷺ salam desin! Sonra söyləsin: “Allahım, məni daşqalaq olunmuş (lənətə gəlmiş) şeytandan qoru!””

Əbu Hureyra
Səhihİbn Məcə, 773 (Məscidlər, 39)

Fəsil 14

Məscidə piyada getmək

بَابُ الْمَشْيِ إِلَى الصَّلاَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا تَوَضَّأَ أَحَدُكُمْ ، فَأَحْسَنَ الْوُضُوءَ ، ثُمَّ أَتَى الْمَسْجِدَ ، لاَ يَنْهَزُهُ إِلاَّ الصَّلاَةُ ، لاَ يُرِيدُ إِلاَّ الصَّلاَةَ ، لَمْ يَخْطُ خَطْوَةً إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً ، حَتَّى يَدْخُلَ الْمَسْجِدَ ، فَإِذَا دَخَلَ الْمَسْجِدَ ، كَانَ فِي صَلاَةٍ , مَا كَانَتِ الصَّلاَةُ تَحْبِسُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz gözəl şəkildə dəstəmaz alar, sonra yalnız namaz qılmaq üçün məscidə gedərsə, məscidə girənə qədər atdığı hər addıma görə Allah onu bir dərəcə qaldırar və onun bir günahını silər. Məscidə girdikdə qəsdi yalnız namazı gözləmək olarsa, namazda olmuş sayılar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 774 (Məscidlər, 40)

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ ، فَلاَ تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ ، وَأْتُوهَا تَمْشُونَ وَعَلَيْكُمُ السَّكِينَةُ ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا ، وَمَا فَاتَكُمْ فَأَتِمُّوا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə qaçaraq gəlməyin! Tələsmədən, yeriyərək gəlin və sükunət içində olun. (Camaat namazına) çata bildiyinizi qılın, çata bilmədiyinizi isə də tamamlayın!””

Əbu Hureyra
Səhihİbn Məcə, 775 (Məscidlər, 41)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يُكَفِّرُ اللَّهُ بِهِ الْخَطَايَا ، وَيَزِيدُ بِهِ فِي الْحَسَنَاتِ ؟ قَالُوا : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : إِسْبَاغُ الْوُضُوءِ عِنْدَ الْمَكَارِهِ ، وَكَثْرَةُ الْخُطَى إِلَى الْمَسَاجِدِ ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allahın sizin günahlarınıza nəyi kəffarə edəcəyini və savablarınızı nə ilə artıracağını bildirimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” O dedi: “Çətinlik olsa belə, dəstətəmazı tam almaq, məscidlərə doğru çoxlu addım atmaq və bir namazdan sonra digər namazı gözləmək”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 776 (Məscidlər, 42)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ إِبْرَاهِيمَ الْهَجَرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : مَنْ سَرَّهُ أَنْ يَلْقَى اللَّهَ غَدًا مُسْلِمًا ، فَلْيُحَافِظْ عَلَى هَؤُلاَءِ الصَّلَوَاتِ الْخَمْسِ , حَيْثُ يُنَادَى بِهِنَّ ، فَإِنَّهُنَّ مِنْ سُنَنِ الْهُدَى ، وَإِنَّ اللَّهَ شَرَعَ لِنَبِيِّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُنَنَ الْهُدَى ، وَلَعَمْرِي ، لَوْ أَنَّ كُلَّكُمْ صَلَّى فِي بَيْتِهِ ، لَتَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ ، وَلَوْ تَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ لَضَلَلْتُمْ ، وَلَقَدْ رَأَيْتُنَا وَمَا يَتَخَلَّفُ عَنْهَا إِلاَّ مُنَافِقٌ مَعْلُومُ النِّفَاقِ ، وَلَقَدْ رَأَيْتُ الرَّجُلَ يُهَادَى بَيْنَ الرَّجُلَيْنِ , حَتَّى يَدْخُلَ فِي الصَّفِّ ، وَمَا مِنْ رَجُلٍ يَتَطَهَّرُ ، فَيُحْسِنُ الطُّهُورَ ، فَيَعْمِدُ إِلَى الْمَسْجِدِ ، فَيُصَلِّي فِيهِ ، فَمَا يَخْطُو خَطْوَةً ، إِلاَّ رَفَعَ اللَّهُ لَهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Kim müsəlman olaraq Allahla qarşılaşmaq istəyirsə, çağırılan bu beş namazı qorusun. O yerdə ki, o namaza çağırılır, həqiqətən, bu, hidayət yollarındandır. Şübhəsiz ki, Allah Peyğəmbərinizə ﷺ doğru yolu qanun etmişdir. Sözsüz ki, əgər hamınız bu namazları evlərinizdə qılsanız, Peyğəmbərinizin ﷺ sünnəsini tərk etmiş olarsınız. Peyğəmbərin ﷺ sünnəsini tərk etdikdə isə azarsınız. Biz camaat namazından geri qalanı münafiqlərdən sayardıq. Mən iki nəfərin köməyi ilə gəlib səfdə namaza duranı görmüşəm. Elə bir adam yoxdur ki, gözəl şəkildə dəstəmaz alsın, məscidə gəlsin, orada namaz qılsın, Allah onun atdığı hər addıma görə bir dərəcəsini artırmasın və bir günahını silməsin!””

Abdullah
Səhihİbn Məcə, 777 (Məscidlər, 43)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ الْحَلَبِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ الْحَارِثِ الشِّيرَازِيُّ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ التَّمِيمِيُّ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لِيَبْشَرِ الْمَشَّاؤُونَ فِي الظُّلَمِ إِلَى الْمَسَاجِدِ ، بِنُورٍ تَامٍّ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd əs-Səidi ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zülmət gecələrdə məscidlərə gedənlərə Qiyamət günü tam nur ilə müjdə olsun!””

Səhl ibn Səd əs-Səidi
Səhihİbn Məcə, 780 (Məscidlər, 46)

حَدَّثَنَا مَجْزَأَةُ بْنُ سُفْيَانَ بْنِ أَسِيدٍ ، مَوْلَى ثَابِتٍ الْبُنَانِيِّ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ الصَّائِغُ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : بَشِّرِ الْمَشَّائِينَ فِي الظُّلَمِ إِلَى الْمَسَاجِدِ ، بِالنُّورِ التَّامِّ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zülmət gecələrdə məscidlərə gedənləri Qiyamət günü tam bir nurla müjdələ!””

Ənəs ibn Malik
Səhihİbn Məcə, 781 (Məscidlər, 47)

Fəsil 15

Məsciddən daha uzaq olanın daha böyük savab qazanması

بَابُ الأَبْعَدُ فَالأَبْعَدُ مِنَ الْمَسْجِدِ أَعْظَمُ أَجْرًا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مِهْرَانَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ سَعْدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ , قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الأَبْعَدُ فَالأَبْعَدُ مِنَ الْمَسْجِدِ أَعْظَمُ أَجْرًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Məsciddən daha uzaqda olanlar daha böyük savab qazanırlar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 782 (Məscidlər, 48)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا عَبَّادُ بْنُ عَبَّادٍ الْمُهَلَّبِيُّ ، حَدَّثَنَا عَاصِمٌ الأَحْوَلُ ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، قَالَ : كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ ، بَيْتُهُ أَقْصَى بَيْتٍ بِالْمَدِينَةِ ، وَكَانَ لاَ تُخْطِئُهُ الصَّلاَةُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَتَوَجَّعْتُ لَهُ ، فَقُلْتُ : يَا فُلاَنُ , لَوْ أَنَّكَ اشْتَرَيْتَ حِمَارًا يَقِيكَ الرَّمَضَ ، وَيَرْفَعُكَ مِنَ الْوَقَعِ ، وَيَقِيكَ هَوَامَّ الأَرْضِ ، فَقَالَ : وَاللَّهِ ، مَا أُحِبُّ أَنَّ بَيْتِي بِطُنُبِ بَيْتِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَحَمَلْتُ بِهِ حِمْلاً ، حَتَّى أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَدَعَاهُ ، فَسَأَلَهُ ، فَذَكَرَ لَهُ مِثْلَ ذَلِكَ ، وَذَكَرَ أَنَّهُ يَرْجُو فِي أَثَرِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ لَكَ مَا احْتَسَبْتَ.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ənsardan olan bir kişinin evi Mədinədən uzaqda idi, lakin Allah Elçisi ﷺ ilə birlikdə namaz qılmağı tərk etməzdi. Mən ona dedim: “Ey Filankəs, bir uzunqulaq alsaydın, onun üstündə məscidə gələr, səni istidən, yerdə olan daşlardan və həşəratlardan qoruyardı”. O dedi: “Allaha and olsun ki, evimin Muhəmmədin evinə bitişik olmasından xoşlanmaram”. Kişinin bu sözündən xoşum gəlmədi və gedib məsələni Peyğəmbərə ﷺ danışdım. Peyğəmbər ﷺ də həmin kişini çağırtdırıb ondan soruşduqda o mənə dediklərinin eynisini Peyğəmbərə ﷺ dedi və atdığı addımların çoxluğuna görə savab umduğunu bildirdi. Allah Elçisi ﷺ də buyurdu: “Sənə umduğun savab var”.”

Ubey ibn Kəb
Səhihİbn Məcə, 783 (Məscidlər, 49)

حَدَّثَنَا أَبُو مُوسَى مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : أَرَادَتْ بَنُو سَلِمَةَ أَنْ يَتَحَوَّلُوا مِنْ دِيَارِهِمْ إِلَى قُرْبِ الْمَسْجِدِ ، فَكَرِهَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُعْرُوا الْمَدِينَةَ ، فَقَالَ : يَا بَنِي سَلِمَةَ ، أَلاَ تَحْتَسِبُونَ آثَارَكُمْ ؟ فَأَقَامُوا.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bəni Sələmə tayfası evlərini məscidin yaxınlığına gətirmək istədikdə Peyğəmbər ﷺ bu şeyə xoş baxmadı və buyurdu: “Ey Bəni Sələmə! Məscidə gəlib gedərkən atdığınız addımların savabını haqq-hesabınıza əlavə etmək istəmirsiniz?!””

Ənəs ibn Malik
Səhihİbn Məcə, 784 (Məscidlər, 50)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَتِ الأَنْصَارُ بَعِيدَةً مَنَازِلُهُمْ مِنَ الْمَسْجِدِ ، فَأَرَادُوا أَنْ يَقْرُبُوا ، فَنَزَلَتْ : {وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ} قَالَ : فَثَبَتُوا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsardan bəzilərinin evi məsciddən uzaq idi. Ona görə yaxınlığa köçmək istədikdə bu ayə nazil oldu: “...onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik” (Yasin, 12). İbn Abbas dedi: “Buna görə də onlar olduqları yerdə qaldılar”.”

İbn Abbas
Səhihİbn Məcə, 785 (Məscidlər, 51)

Fəsil 16

Camaat namazının fəziləti

بَابُ فَضْلِ الصَّلاَةِ فِي جَمَاعَةٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ الرَّجُلِ فِي جَمَاعَةٍ ، تَزِيدُ عَلَى صَلاَتِهِ فِي بَيْتِهِ , وَصَلاَتِهِ فِي سُوقِهِ بِضْعًا وَعِشْرِينَ دَرَجَةً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı evində və bazarda qıldığı namazından iyirmi və bir neçə dərəcə üstündür”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 786 (Məscidlər, 52)

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَضْلُ الْجَمَاعَةِ عَلَى صَلاَةِ أَحَدِكُمْ وَحْدَهُ خَمْسٌ وَعِشْرُونَ جُزْءًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin camaatla qıldığı namaz tək qıldığı namazdan iyirmi beş dəfə üstündür”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 787 (Məscidlər, 53)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنْ هِلاَلِ بْنِ مَيْمُونٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ الرَّجُلِ فِي جَمَاعَةٍ تَزِيدُ عَلَى صَلاَتِهِ فِي بَيْتِهِ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı evdə qıldığı namazdan iyirmi beş dərəcə üstündür”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 788 (Məscidlər, 54)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ رُسْتَهْ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ الرَّجُلِ فِي جَمَاعَةٍ , تَفْضُلُ عَلَى صَلاَةِ الرَّجُلِ وَحْدَهُ بِسَبْعٍ وَعِشْرِينَ دَرَجَةً.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı evdə qıldığı namazdan iyirmi yeddi dərəcə üstündür”.”

İbn Ömər
Səhihİbn Məcə, 789 (Məscidlər, 55)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، حَدَّثَنَا أَبُو بَكْرٍ الْحَنَفِيُّ ، حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَصِيرٍ ، عَنْ أَبِيهِ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : صَلاَةُ الرَّجُلِ فِي جَمَاعَةٍ ، تَزِيدُ عَلَى صَلاَةِ الرَّجُلِ وَحْدَهُ أَرْبَعًا وَعِشْرِينَ ، أَوْ خَمْسًا وَعِشْرِينَ دَرَجَةً.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin camaatla qıldığı namazı evdə qıldığı namazdan iyirmi dörd və ya iyirmi beş dərəcə çoxdur”.”

Ubey ibn Kəb
Səhihİbn Məcə, 790 (Məscidlər, 56)

Fəsil 17

Camaat namazından geri qalmağın təhlükəsi

بَابُ التَّغْلِيظِ فِي التَّخَلُّفِ عَنِ الْجَمَاعَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَقَدْ هَمَمْتُ أَنْ آمُرَ بِالصَّلاَةِ ، فَتُقَامَ ، ثُمَّ آمُرَ رَجُلاً ، فَيُصَلِّيَ بِالنَّاسِ ، ثُمَّ أَنْطَلِقَ بِرِجَالٍ مَعَهُمْ حُزَمٌ مِنْ حَطَبٍ , إِلَى قَوْمٍ لاَ يَشْهَدُونَ الصَّلاَةَ ، فَأُحَرِّقَ عَلَيْهِمْ بُيُوتَهُمْ بِالنَّارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir istədim ki, namaz qılınmasını və bir kişinin insanlara namaza imam durmasını əmr edim, sonra əlində məşəl olan bir neçə kişi ilə camaat namazına gəlməyənlərin evlərini özləri də içində olduğu halda yandırım”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 791 (Məscidlər, 57)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ زَائِدَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي رَزِينٍ ، عَنِ ابْنِ أُمِّ مَكْتُومٍ ، قَالَ : قُلْتُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي كَبِيرٌ ضَرِيرٌ ، شَاسِعُ الدَّارِ , وَلَيْسَ لِي قَائِدٌ يُلاَوِمُنِي ، فَهَلْ تَجِدُ لِي مِنْ رُخْصَةٍ ؟ قَالَ : هَلْ تَسْمَعُ النِّدَاءَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : مَا أَجِدُ لَكَ رُخْصَةً.

“Rəvayət edilir ki, İbn Ummu Məktum ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dedim: “Mən yaşlı, kor və evi məsciddən uzaq olan bir adamam. Məni məscidə aparacaq adam da yoxdur. Camaat namazına gəlməmək üçün mənə bir üzr vardırmı?” Allah Elçisi ﷺ dedi: Azanı eşidirsən?” Mən: “Bəli” dedim. Allah Elçisi ﷺ buyurdu: “Onda sənə bir üzr tapmadım”.”

İbn Ummu Məktum
Səhihİbn Məcə, 792 (Məscidlər, 58)

حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ بَيَانٍ الْوَاسِطِيُّ ، أَخْبَرَنَا هُشَيْمٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَنْ سَمِعَ النِّدَاءَ فَلَمْ يَأْتِهِ ، فَلاَ صَلاَةَ لَهُ ، إِلاَّ مِنْ عُذْرٍ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim azanı eşidər və üzrü olmadan namaza gəlməzsə, onun namazı yoxdur”.”

İbn Abbas
Səhihİbn Məcə, 793 (Məscidlər, 59)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامٍ الدَّسْتُوَائِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنِ الْحَكَمِ بْنِ مِينَاءَ ، أَخْبَرَنِي ابْنُ عَبَّاسٍ ، وَابْنُ عُمَرَ , أَنَّهُمَا سَمِعَا النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ عَلَى أَعْوَادِهِ : لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجَمَاعَاتِ ، أَوْ لَيَخْتِمَنَّ اللَّهُ عَلَى قُلُوبِهِمْ ، ثُمَّ لَيَكُونُنَّ مِنَ الْغَافِلِينَ.

“İbn Abbas və İbn Ömər ﵃ rəvayət edirlər ki, Peyğəmbər ﷺ minbərdə olarkən belə buyurdu: “Allaha and olsun ki, bəzi kimsələr ya camaat namazında iştirak etməməyi tərk edəcəklər, ya da Allah onların qəlblərini möhürləyəcək və onlar qafillərdən olacaqlar”.”

İbn Abbas və İbn Ömər
Səhihİbn Məcə, 794 (Məscidlər, 60)

حَدَّثَنَا عُثْمَانُ بْنُ إِسْمَاعِيلَ الْهُذَلِيُّ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنِ الزِّبْرِقَانِ بْنِ عَمْرٍو الضَّمْرِيِّ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيَنْتَهِيَنَّ رِجَالٌ عَنْ تَرْكِ الْجَمَاعَةِ ، أَوْ لأُحَرِّقَنَّ بُيُوتَهُمْ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlar ya camaat namazında iştirak etməməyi tərk edəcəklər, ya da onların evlərini yandıracağam”.”

Usamə ibn Zeyd
Səhihİbn Məcə, 795 (Məscidlər, 61)

Fəsil 18

İşa və Sübh namazlarını camaatla qılmaq

بَابُ صَلاَةِ الْعِشَاءِ وَالْفَجْرِ فِي جَمَاعَةٍ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ التَّيْمِيُّ , حَدَّثَنِي عِيسَى بْنُ طَلْحَةَ , حَدَّثَتْنِي عَائِشَةُ , قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي صَلاَةِ الْعِشَاءِ ، وَصَلاَةِ الْفَجْرِ ، لأَتَوْهُمَا وَلَوْ حَبْوًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər insanlar İşa və Sübh namazlarını camaatla qılmağın savabını bilsəydilər, iməkləyərək də olsa belə, onları camaatla qılmağa gələrdilər”.”

Aişə
Səhihİbn Məcə, 796 (Məscidlər, 62)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , أَخْبَرَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَثْقَلَ الصَّلاَةِ عَلَى الْمُنَافِقِينَ صَلاَةُ الْعِشَاءِ ، وَصَلاَةُ الْفَجْرِ ، وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا , لأَتَوْهُمَا وَلَوْ حَبْوًا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Münafiqlərə ən ağır gələn namazlar İşa və Sübh namazlarıdır. Əgər onlar bu namazların savabını bilsəydilər, iməkləyərək də olsa belə, onları camaatla qılmağa gələrdilər”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 797 (Məscidlər, 63)

حَدَّثَنَا عُثْمَانُ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ كَانَ يَقُولُ : مَنْ صَلَّى فِي مَسْجِدٍ جَمَاعَةً أَرْبَعِينَ لَيْلَةً ، لاَ تَفُوتُهُ الرَّكْعَةُ الأُولَى مِنْ صَلاَةِ الْعِشَاءِ ، كَتَبَ اللَّهُ لَهُ بِهَا عِتْقًا مِنَ النَّارِ.

“Ömər ibn əl-Xattab ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kim qırx gün namazı məsciddə camaatla qılarsa və bu müddət ərzində İşa namazının birinci rükətinə çatarsa, Allah onu Cəhənnəmdən azad edər”.”

Ömər ibn əl-Xattab
Zəifİbn Məcə, 798 (Məscidlər, 64)

Fəsil 19

Məscidlərdə olub namazı gözləməyin fəziləti

بَابُ لُزُومِ الْمَسَاجِدِ وَانْتِظَارِ الصَّلاَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ أَحَدَكُمْ إِذَا دَخَلَ الْمَسْجِدَ ، كَانَ فِي صَلاَةٍ ، مَا كَانَتِ الصَّلاَةُ تَحْبِسُهُ ، وَالْمَلاَئِكَةُ يُصَلُّونَ عَلَى أَحَدِكُمْ مَا دَامَ فِي مَجْلِسِهِ الَّذِي صَلَّى فِيهِ ، يَقُولُونَ : اللَّهُمَّ اغْفِرْ لَهُ ، اللَّهُمَّ ارْحَمْهُ ، اللَّهُمَّ تُبْ عَلَيْهِ ، مَا لَمْ يُحْدِثْ فِيهِ ، مَا لَمْ يُؤْذِ فِيهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz məscidə namaz qılmaq üçün girdikdə və namaz qıldığı yerdən ayrılmadıqca namaz qılmış kimi sayılır. Dəstəmazı pozulub heç kimə əziyyət vermədiyi müddətcə mələklər ona dua edərək deyirlər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et! Allahım, onun tövbəsini qəbul et!””

Əbu Hureyra
Səhihİbn Məcə, 799 (Məscidlər, 65)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَبَابَةُ ، حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ سَعِيدِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَا تَوَطَّنَ رَجُلٌ مُسْلِمٌ الْمَسَاجِدَ لِلصَّلاَةِ وَالذِّكْرِ ، إِلاَّ تَبَشْبَشَ اللَّهُ إِلَيْهِ ، كَمَا يَتَبَشْبَشُ أَهْلُ الْغَائِبِ بِغَائِبِهِمْ , إِذَا قَدِمَ عَلَيْهِمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Əgər müsəlman bir kişi namaz qılmaq və zikr etmək üçün məscidləri özünə məskən edərsə, qohum-əqrəbası uzaqdan gələni necə qarşılayırlarsa, Allah da onu elə qarşılayar”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 800 (Məscidlər, 66)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَبِي أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : صَلَّيْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَغْرِبَ ، فَرَجَعَ مَنْ رَجَعَ ، وَعَقَّبَ مَنْ عَقَّبَ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مُسْرِعًا ، قَدْ حَفَزَهُ النَّفَسُ ، قَدْ حَسَرَ عَنْ رُكْبَتَيْهِ ، فَقَالَ : أَبْشِرُوا ، هَذَا رَبُّكُمْ قَدْ فَتَحَ بَابًا مِنْ أَبْوَابِ السَّمَاءِ ، يُبَاهِي بِكُمُ الْمَلاَئِكَةَ ، يَقُولُ : انْظُرُوا إِلَى عِبَادِي قَدْ قَضَوْا فَرِيضَةً ، وَهُمْ يَنْتَظِرُونَ أُخْرَى.

“Abdullah ibn Amr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məğrib namazını qıldıqdan sonra bizdən gedən getdi, qalan da qaldı. Birdən Allah Elçisi ﷺ təngnəfəs və dizləri açıq halda tələsik gəldi və dedi: “Sizə müjdə olsun! Budur, Rəbbiniz səma qapılarından birini açmış, mələklərin qarşısında sizinlə öyünərək buyurur: “Qullarıma baxın! Artıq bir fərzi (vacibi) yerinə yetirib digərini gözləyirlər!””

Abdullah ibn Amr
Səhihİbn Məcə, 801 (Məscidlər, 67)