Məscidlər və camaat

Məsciddə tüpürməyin qadağan olması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَرِيفٍ ، حَدَّثَنَا عَائِذُ بْنُ حَبِيبٍ ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، فَغَضِبَ , حَتَّى احْمَرَّ وَجْهُهُ ، فَجَاءَتْهُ امْرَأَةٌ مِنَ الأَنْصَارِ , فَحَكَّتْهَا ، وَجَعَلَتْ مَكَانَهَا خَلُوقًا , فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا أَحْسَنَ هَذَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ məscidin qiblə tərəfində tüpürcək gördü və üzü qızarmaq həddinə qədər qəzəbləndi. Ənsardan olan bir qadın qalxıb onu sildi və həmin yerə zəfərandan olan ətirdən sürtdü. Allah Elçisi ﷺ dedi: “Bu, necə də yaxşı oldu!””

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 762 (Məscidlər, 28)

Sunən İbn Məcə — Məscidlər və camaat