Məsciddə tüpürməyin qadağan olması
حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : رَأَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نُخَامَةً فِي قِبْلَةِ الْمَسْجِدِ ، وَهُوَ يُصَلِّي بَيْنَ يَدَيِ النَّاسِ ، فَحَتَّهَا ، ثُمَّ قَالَ حِينَ انْصَرَفَ مِنَ الصَّلاَةِ : إِنَّ أَحَدَكُمْ إِذَا كَانَ فِي الصَّلاَةِ ، فَإِنَّ اللَّهَ قِبَلَ وَجْهِهِ ، فَلاَ يَتَنَخَّمَنَّ أَحَدٌ قِبَلَ وَجْهِهِ فِي الصَّلاَةِ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ camaatın qarşısında namaz qıldığı vaxt məscidin qiblə tərəfində bəlğəm gördü. Namazı bitirdikdən sonra onu sildi və dedi: “Biriniz namaz qıldıqda Allah onun üzü istiqamətində olur. Heç kim namazda qiblə istiqamətinə tüpürməsin”.”
İstinad
İbn Məcə, 763 (Məscidlər, 29)
Sunən İbn Məcə — Məscidlər və camaat