İlk tikilən məscid hansıdır?
حَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُبَيْدٍ وَحَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ الْغِفَارِيِّ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ مَسْجِدٍ وُضِعَ أَوَّلُ ؟ قَالَ : الْمَسْجِدُ الْحَرَامُ , قَالَ : قُلْتُ : ثُمَّ أَيٌّ ؟ قَالَ : ثُمَّ الْمَسْجِدُ الأَقْصَى , قُلْتُ : كَمْ بَيْنَهُمَا ؟ قَالَ : أَرْبَعُونَ عَامًا ، ثُمَّ الأَرْضُ لَكَ مُصَلًّى ، فَصَلِّ حَيْثُمَا أَدْرَكَتْكَ الصَّلاَةُ.
“Rəvayət edilir ki, Əbu Zərr əl-Ğifari ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ilk tikilən məscid hansıdır?” O dedi: Məscidul-Haram”. Mən dedim: “Sonra hansı?” O dedi: “Məscidul-Əqsa”. Mən dedim: “Onların arasında nə qədər vaxt olub?” Allah Elçisi ﷺ buyurdu: “Qırx il. Yer üzünün hər yeri sənin üçün səcdəgahdır. Namazın vaxtı harada girərsə, orada da qıl!””
İstinad
İbn Məcə, 753 (Məscidlər, 19)
Sunən İbn Məcə — Məscidlər və camaat