Evin bir hissəsini namazgah etmək
حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ مَحْمُودِ بْنِ الرَّبِيعِ الأَنْصَارِيِّ ، وَكَانَ قَدْ عَقَلَ مَجَّةً مَجَّهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي دَلْوٍ فِي بِئْرٍ لَهُمْ ، عَنْ عِتْبَانَ بْنِ مَالِكٍ السَّالِمِيِّ , وَكَانَ إِمَامَ قَوْمِهِ بَنِي سَالِمٍ ، وَكَانَ شَهِدَ بَدْرًا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : جِئْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي قَدْ أَنْكَرْتُ مِنْ بَصَرِي ، وَإِنَّ السَّيْلَ يَأْتِي ، فَيَحُولُ بَيْنِي ، وَبَيْنَ مَسْجِدِ قَوْمِي ، وَيَشُقُّ عَلَيَّ اجْتِيَازُهُ ، فَإِنْ رَأَيْتَ أَنْ تَأْتِيَنِي ، فَتُصَلِّيَ فِي بَيْتِي مَكَانًا أَتَّخِذُهُ مُصَلًّى ، فَافْعَلْ ، قَالَ : أَفْعَلُ ، فَغَدَا عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَأَبُو بَكْرٍ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ ، وَاسْتَأْذَنَ ، فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ ، حَتَّى قَالَ : أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّيَ لَكَ مِنْ بَيْتِكَ ؟ فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِي أُحِبُّ أَنْ أُصَلِّيَ فِيهِ , فَقَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَصَفَفْنَا خَلْفَهُ ، فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، ثُمَّ احْتَبَسْتُهُ عَلَى خَزِيرَةٍ تُصْنَعُ لَهُمْ.
“Allah Elçisinin ﷺ quyudan su götürüb üzünə səpdiyi uşaq Mahmud ibn Rabi əl-Ənsari ﵁ Allah Elçisi ﷺ ilə birlikdə Bədr döyüşündə iştirak edən və Bəni Səlim tayfasına imamlıq edən İtban ibn Malik əs-Səlimidən rəvayət edərək buyurmuşdur: “Mən Allah Elçisinin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, mən gözləri zəif görən biriyəm. Yağış yağdıqda tayfamla mənim aramda sel olur və onu keçmək mənə çətin olur. Mənim evimə gəlib namazgah etməyim üçün bizdə bir yerdə namaz qıla bilərsən?” Allah Elçisi ﷺ dedi: “Gələrəm!” Səhəri gün Allah Elçisi Əbu Bəkrlə birlikdə günəş yüksəldikdən sonra bizə gəlib içəri girmələri üçün izn istədi. Evə girən kimi oturmadan belə buyurdu: “Evin harasında namaz qılmağımı istəyirsən?” Mən də namaz qılmasını istədiyim yeri ona göstərdim. Allah Elçisi ﷺ orada namaza durdu, biz də onun arxasında cərgəyə durduq. Allah Elçisi ﷺ bizə iki rükət namaz qıldırdı. Mən də hazır yeməyi yemələri üçün onları süfrəyə dəvət etdim”.”
İstinad
İbn Məcə, 754 (Məscidlər, 20)
Sunən İbn Məcə — Məscidlər və camaat