Məsciddən daha uzaq olanın daha böyük savab qazanması
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ سِمَاكٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَتِ الأَنْصَارُ بَعِيدَةً مَنَازِلُهُمْ مِنَ الْمَسْجِدِ ، فَأَرَادُوا أَنْ يَقْرُبُوا ، فَنَزَلَتْ : {وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ} قَالَ : فَثَبَتُوا.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Ənsardan bəzilərinin evi məsciddən uzaq idi. Ona görə yaxınlığa köçmək istədikdə bu ayə nazil oldu: “...onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik” (Yasin, 12). İbn Abbas dedi: “Buna görə də onlar olduqları yerdə qaldılar”.”
İstinad
İbn Məcə, 785 (Məscidlər, 51)
Sunən İbn Məcə — Məscidlər və camaat