Məscidlər və camaat

Camaat namazından geri qalmağın təhlükəsi

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ زَائِدَةَ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي رَزِينٍ ، عَنِ ابْنِ أُمِّ مَكْتُومٍ ، قَالَ : قُلْتُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنِّي كَبِيرٌ ضَرِيرٌ ، شَاسِعُ الدَّارِ , وَلَيْسَ لِي قَائِدٌ يُلاَوِمُنِي ، فَهَلْ تَجِدُ لِي مِنْ رُخْصَةٍ ؟ قَالَ : هَلْ تَسْمَعُ النِّدَاءَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : مَا أَجِدُ لَكَ رُخْصَةً.

“Rəvayət edilir ki, İbn Ummu Məktum ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dedim: “Mən yaşlı, kor və evi məsciddən uzaq olan bir adamam. Məni məscidə aparacaq adam da yoxdur. Camaat namazına gəlməmək üçün mənə bir üzr vardırmı?” Allah Elçisi ﷺ dedi: Azanı eşidirsən?” Mən: “Bəli” dedim. Allah Elçisi ﷺ buyurdu: “Onda sənə bir üzr tapmadım”.”

İbn Ummu Məktum
Səhih

İstinad

İbn Məcə, 792 (Məscidlər, 58)

Sunən İbn Məcə — Məscidlər və camaat