Məscidlərdə olub namazı gözləməyin fəziləti
حَدَّثَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الدَّارِمِيُّ ، حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، حَدَّثَنَا حَمَّادٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَبِي أَيُّوبَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : صَلَّيْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَغْرِبَ ، فَرَجَعَ مَنْ رَجَعَ ، وَعَقَّبَ مَنْ عَقَّبَ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مُسْرِعًا ، قَدْ حَفَزَهُ النَّفَسُ ، قَدْ حَسَرَ عَنْ رُكْبَتَيْهِ ، فَقَالَ : أَبْشِرُوا ، هَذَا رَبُّكُمْ قَدْ فَتَحَ بَابًا مِنْ أَبْوَابِ السَّمَاءِ ، يُبَاهِي بِكُمُ الْمَلاَئِكَةَ ، يَقُولُ : انْظُرُوا إِلَى عِبَادِي قَدْ قَضَوْا فَرِيضَةً ، وَهُمْ يَنْتَظِرُونَ أُخْرَى.
“Abdullah ibn Amr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Məğrib namazını qıldıqdan sonra bizdən gedən getdi, qalan da qaldı. Birdən Allah Elçisi ﷺ təngnəfəs və dizləri açıq halda tələsik gəldi və dedi: “Sizə müjdə olsun! Budur, Rəbbiniz səma qapılarından birini açmış, mələklərin qarşısında sizinlə öyünərək buyurur: “Qullarıma baxın! Artıq bir fərzi (vacibi) yerinə yetirib digərini gözləyirlər!””
İstinad
İbn Məcə, 801 (Məscidlər, 67)
Sunən İbn Məcə — Məscidlər və camaat