Məscidlər və camaat

Məscidə piyada getmək

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ إِبْرَاهِيمَ الْهَجَرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : مَنْ سَرَّهُ أَنْ يَلْقَى اللَّهَ غَدًا مُسْلِمًا ، فَلْيُحَافِظْ عَلَى هَؤُلاَءِ الصَّلَوَاتِ الْخَمْسِ , حَيْثُ يُنَادَى بِهِنَّ ، فَإِنَّهُنَّ مِنْ سُنَنِ الْهُدَى ، وَإِنَّ اللَّهَ شَرَعَ لِنَبِيِّكُمْ صَلَّى الله عَليْهِ وسَلَّمَ سُنَنَ الْهُدَى ، وَلَعَمْرِي ، لَوْ أَنَّ كُلَّكُمْ صَلَّى فِي بَيْتِهِ ، لَتَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ ، وَلَوْ تَرَكْتُمْ سُنَّةَ نَبِيِّكُمْ لَضَلَلْتُمْ ، وَلَقَدْ رَأَيْتُنَا وَمَا يَتَخَلَّفُ عَنْهَا إِلاَّ مُنَافِقٌ مَعْلُومُ النِّفَاقِ ، وَلَقَدْ رَأَيْتُ الرَّجُلَ يُهَادَى بَيْنَ الرَّجُلَيْنِ , حَتَّى يَدْخُلَ فِي الصَّفِّ ، وَمَا مِنْ رَجُلٍ يَتَطَهَّرُ ، فَيُحْسِنُ الطُّهُورَ ، فَيَعْمِدُ إِلَى الْمَسْجِدِ ، فَيُصَلِّي فِيهِ ، فَمَا يَخْطُو خَطْوَةً ، إِلاَّ رَفَعَ اللَّهُ لَهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Kim müsəlman olaraq Allahla qarşılaşmaq istəyirsə, çağırılan bu beş namazı qorusun. O yerdə ki, o namaza çağırılır, həqiqətən, bu, hidayət yollarındandır. Şübhəsiz ki, Allah Peyğəmbərinizə ﷺ doğru yolu qanun etmişdir. Sözsüz ki, əgər hamınız bu namazları evlərinizdə qılsanız, Peyğəmbərinizin ﷺ sünnəsini tərk etmiş olarsınız. Peyğəmbərin ﷺ sünnəsini tərk etdikdə isə azarsınız. Biz camaat namazından geri qalanı münafiqlərdən sayardıq. Mən iki nəfərin köməyi ilə gəlib səfdə namaza duranı görmüşəm. Elə bir adam yoxdur ki, gözəl şəkildə dəstəmaz alsın, məscidə gəlsin, orada namaz qılsın, Allah onun atdığı hər addıma görə bir dərəcəsini artırmasın və bir günahını silməsin!””

Abdullah
Səhih

İstinad

İbn Məcə, 777 (Məscidlər, 43)

Sunən İbn Məcə — Məscidlər və camaat