Məscidlər və camaat

Məscidə piyada getmək

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي بُكَيْرٍ ، حَدَّثَنَا زُهَيْرُ بْنُ مُحَمَّدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : أَلاَ أَدُلُّكُمْ عَلَى مَا يُكَفِّرُ اللَّهُ بِهِ الْخَطَايَا ، وَيَزِيدُ بِهِ فِي الْحَسَنَاتِ ؟ قَالُوا : بَلَى يَا رَسُولَ اللهِ ، قَالَ : إِسْبَاغُ الْوُضُوءِ عِنْدَ الْمَكَارِهِ ، وَكَثْرَةُ الْخُطَى إِلَى الْمَسَاجِدِ ، وَانْتِظَارُ الصَّلاَةِ بَعْدَ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Allahın sizin günahlarınıza nəyi kəffarə edəcəyini və savablarınızı nə ilə artıracağını bildirimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” O dedi: “Çətinlik olsa belə, dəstətəmazı tam almaq, məscidlərə doğru çoxlu addım atmaq və bir namazdan sonra digər namazı gözləmək”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

İbn Məcə, 776 (Məscidlər, 42)

Sunən İbn Məcə — Məscidlər və camaat