Məscidə piyada getmək
حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ مُحَمَّدُ بْنُ عُثْمَانَ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، وَأَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ ، فَلاَ تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ ، وَأْتُوهَا تَمْشُونَ وَعَلَيْكُمُ السَّكِينَةُ ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا ، وَمَا فَاتَكُمْ فَأَتِمُّوا.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaza iqamə verildikdə qaçaraq gəlməyin! Tələsmədən, yeriyərək gəlin və sükunət içində olun. (Camaat namazına) çata bildiyinizi qılın, çata bilmədiyinizi isə də tamamlayın!””
İstinad
İbn Məcə, 775 (Məscidlər, 41)
Sunən İbn Məcə — Məscidlər və camaat