Məscidlər və camaat

Məsciddən daha uzaq olanın daha böyük savab qazanması

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا عَبَّادُ بْنُ عَبَّادٍ الْمُهَلَّبِيُّ ، حَدَّثَنَا عَاصِمٌ الأَحْوَلُ ، عَنْ أَبِي عُثْمَانَ النَّهْدِيِّ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، قَالَ : كَانَ رَجُلٌ مِنَ الأَنْصَارِ ، بَيْتُهُ أَقْصَى بَيْتٍ بِالْمَدِينَةِ ، وَكَانَ لاَ تُخْطِئُهُ الصَّلاَةُ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَتَوَجَّعْتُ لَهُ ، فَقُلْتُ : يَا فُلاَنُ , لَوْ أَنَّكَ اشْتَرَيْتَ حِمَارًا يَقِيكَ الرَّمَضَ ، وَيَرْفَعُكَ مِنَ الْوَقَعِ ، وَيَقِيكَ هَوَامَّ الأَرْضِ ، فَقَالَ : وَاللَّهِ ، مَا أُحِبُّ أَنَّ بَيْتِي بِطُنُبِ بَيْتِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : فَحَمَلْتُ بِهِ حِمْلاً ، حَتَّى أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرْتُ ذَلِكَ لَهُ ، فَدَعَاهُ ، فَسَأَلَهُ ، فَذَكَرَ لَهُ مِثْلَ ذَلِكَ ، وَذَكَرَ أَنَّهُ يَرْجُو فِي أَثَرِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ لَكَ مَا احْتَسَبْتَ.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Ənsardan olan bir kişinin evi Mədinədən uzaqda idi, lakin Allah Elçisi ﷺ ilə birlikdə namaz qılmağı tərk etməzdi. Mən ona dedim: “Ey Filankəs, bir uzunqulaq alsaydın, onun üstündə məscidə gələr, səni istidən, yerdə olan daşlardan və həşəratlardan qoruyardı”. O dedi: “Allaha and olsun ki, evimin Muhəmmədin evinə bitişik olmasından xoşlanmaram”. Kişinin bu sözündən xoşum gəlmədi və gedib məsələni Peyğəmbərə ﷺ danışdım. Peyğəmbər ﷺ də həmin kişini çağırtdırıb ondan soruşduqda o mənə dediklərinin eynisini Peyğəmbərə ﷺ dedi və atdığı addımların çoxluğuna görə savab umduğunu bildirdi. Allah Elçisi ﷺ də buyurdu: “Sənə umduğun savab var”.”

Ubey ibn Kəb
Səhih

İstinad

İbn Məcə, 783 (Məscidlər, 49)

Sunən İbn Məcə — Məscidlər və camaat