Rukuya getdikdə və rukudan qalxdıqda əllərin qaldırılması
حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَطَاءٍ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ ، قَالَ : سَمِعْتُهُ وَهُوَ فِي عَشَرَةٍ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَحَدُهُمْ أَبُو قَتَادَةَ بْنُ رِبْعِيٍّ ، قَالَ : أَنَا أَعْلَمُكُمْ بِصَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِذَا قَامَ فِي الصَّلاَةِ ، اعْتَدَلَ قَائِمًا ، وَرَفَعَ يَدَيْهِ ، حَتَّى يُحَاذِيَ بِهِمَا مَنْكِبَيْهِ , ثُمَّ قَالَ : اللَّهُ أَكَبْرُ , وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ ، رَفَعَ يَدَيْهِ ، حَتَّى يُحَاذِيَ بِهِمَا مَنْكِبَيْهِ ، فَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ وَرَفَعَ يَدَيْهِ ، اعْتَدَلَ ، فَإِذَا قَامَ مِنَ الثِّنْتَيْنِ ، كَبَّرَ وَرَفَعَ يَدَيْهِ ، حَتَّى يُحَاذِيَ بِهِمَا مَنْكِبَيْهِ ، كَمَا صَنَعَ حِينَ افْتَتَحَ الصَّلاَةَ.
“Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi ﵀ demişdir: “Allah Elçisinin ﷺ on səhabəsindən biri olan Əbu Qatədə ibn Ribi demişdir: “Mən Allah Elçisinin ﷺ namazı haqda sizdən daha yaxşı bilirəm. Allah Elçisi ﷺ namaza durduqda dik durar, əllərini çiyinləri səviyyəsinə qədər qaldırar, sonra “Allahu Əkbər” deyərdi. Ruku etmək istədikdə əllərini çiyin səviyyəsinə qədər qaldırar, “Səmi Alla:hu limən həmidəh” dedikdə yenə əllərini qaldırardı və dik durardı. İkinci rükətdən qalxdıqda əllərini çiyin səviyyəsinə qədər qaldıraraq namaza başlayanda etdiyi kimi təkbir edərdi”.”
İstinad
İbn Məcə, 862 (İqamətus-salat, 60)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr