Namazlara başlamaq və onda olan sünnələr

Rukuya getdikdə və rukudan qalxdıqda əllərin qaldırılması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، حَدَّثَنَا فُلَيْحُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا عَبَّاسُ بْنُ سَهْلٍ السَّاعِدِيُّ ، قَالَ : اجْتَمَعَ أَبُو حُمَيْدٍ ، وَأَبُو أُسَيْدٍ السَّاعِدِيُّ ، وَسَهْلُ بْنُ سَعْدٍ ، وَمُحَمَّدُ بْنُ مَسْلَمَةَ ، فَذَكَرُوا صَلاَةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقَالَ أَبُو حُمَيْدٍ : أَنَا أَعْلَمُكُمْ بِصَلاَةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَامَ ، فَكَبَّرَ ، وَرَفَعَ يَدَيْهِ ، ثُمَّ رَفَعَ حِينَ كَبَّرَ لِلرُّكُوعِ ، ثُمَّ قَامَ فَرَفَعَ يَدَيْهِ ، وَاسْتَوَى حَتَّى رَجَعَ كُلُّ عَظْمٍ إِلَى مَوْضِعِهِ.

“Rəvayət edilir ki, Abbas ibn Səhl əs-Səidi ﵀ demişdir: “Əbu Humeyd, Əbu Useyd əs-Səidi, Səhl ibn Səd və Muhəmməd ibn Məsləmə yığışıb birlikdə Allah Elçisinin ﷺ namazı haqda danışırdılar. Əbu Humeyd dedi: “Mən Allah Elçisinin ﷺ namazı haqda sizdən daha yaxşı bilirəm. Allah Elçisi ﷺ namaza durduqda təkbir edərək əllərini qaldırardı. Sonra ruku etdikdə təkbir edərək əllərini qaldırar, sonra bütün oynaqları yerinə oturanadək rukudan dikəlib əllərini qaldırardı”.”

Abbas ibn Səhl əs-Səidi
Səhih

İstinad

İbn Məcə, 863 (İqamətus-salat, 61)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr