Peyğəmbərə ﷺ edilən salavat (xeyir-dua)
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ ، عَنْ يَزِيدَ بْنِ الْهَادِ ، عَنْ عَبْدِ اللهِ بْنِ خَبَّابٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، هَذَا السَّلاَمُ عَلَيْكَ قَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ الصَّلاَةُ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَرَسُولِكَ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz dedik: “Ey Allahın Elçisi! Sənə edilən salamı bildik, bəs sənə xeyir-duanı necə edəcəyik?” Allah Elçisi ﷺ dedi: “Deyin: “Allahım! İbrahimə xeyir-dua verdiyin kimi, qulun və rəsulun Muhəmmədə də xeyir-dua ver! İbrahimə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver!””
İstinad
İbn Məcə, 903 (İqamətus-salat, 101)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr