Namazlara başlamaq və onda olan sünnələr

Peyğəmbərə ﷺ edilən salavat (xeyir-dua)

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شُعْبَةُ وَحَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، وَمُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، قَالَ : سَمِعْتُ ابْنَ أَبِي لَيْلَى ، قَالَ : لَقِيَنِي كَعْبُ بْنُ عُجْرَةَ ، فَقَالَ : أَلاَ أُهْدِي لَكَ هَدِيَّةً ؟ خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْنَا : قَدْ عَرَفْنَا السَّلاَمَ عَلَيْكَ ، فَكَيْفَ الصَّلاَةُ عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Rəvayət edilir ki, İbn Əbu Leylə ﵀ demişdir: “Mən Kəb ibn Uca ilə rastlaşanda mənə dedi: “Sənə hədiyyə verimmi? Allah Elçisi ﷺ bizim yanımıza çıxdıqda biz ona dedik: “Artıq sənə salam deməyi öyrənmişik, bəs xeyir-duanı necə deyək?” Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimə xeyir-dua verdiyin kimi, Muhəmmədə və onun ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! İbrahimə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

İbn Əbu Leylə
Səhih

İstinad

İbn Məcə, 904 (İqamətus-salat, 102)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr