Namazlara başlamaq və onda olan sünnələr

Peyğəmbərə ﷺ edilən salavat (xeyir-dua)

حَدَّثَنَا عَمَّارُ بْنُ طَالُوتَ ، حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الْعَزِيزِ الْمَاجِشُونُ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِيِّ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ ، أَنَّهُمْ قَالُوا : يَا رَسُولَ اللهِ ، أُمِرْنَا بِالصَّلاَةِ عَلَيْكَ ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ ، وَأَزْوَاجِهِ ، وَذُرِّيَّتِهِ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَأَزْوَاجِهِ ، وَذُرِّيَّتِهِ ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، فِي الْعَالَمِينَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Əbu Humeyd əs-Səidi ﵁ rəvayət edir ki, bir dəfə səhabələr dedilər: “Ey Allahın Elçisi, sən bizə sənə salam deməyi öyrətdin, bəs sənə salavatı (xeyir-duanı) necə deyək?” Allah Elçisi ﷺ buyurdu: “Deyin: “Allahım! İbrahimə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə bərəkət ver!” Şübhəsiz ki, Sən aləmlərdə tərifəlayiqsən, şan-şöhrətlisən!””

Əbu Humeyd əs-Səidi
Səhih

İstinad

İbn Məcə, 905 (İqamətus-salat, 103)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr