Namazın sonunda salamdan sonra nə deyilir?
حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، وَمُحَمَّدُ بْنُ فُضَيْلٍ ، وَأَبُو يَحْيَى التَّيْمِيُّ ، وَابْنُ الأَجْلَحِ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خَصْلَتَانِ لاَ يُحْصِيهِمَا رَجُلٌ مُسْلِمٌ إِلاَّ دَخَلَ الْجَنَّةَ ، وَهُمَا يَسِيرٌ ، وَمَنْ يَعْمَلُ بِهِمَا قَلِيلٌ ، يُسَبِّحُ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلاَةٍ عَشْرًا ، وَيُكَبِّرُ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا , فَرَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَعْقِدُهَا بِيَدِهِ ، فَذَلِكَ خَمْسُونَ وَمِئَةٌ بِاللِّسَانِ ، وَأَلْفٌ وَخَمْسُمِئَةٍ فِي الْمِيزَانِ ، وَإِذَا أَوَى إِلَى فِرَاشِهِ ، سَبَّحَ ، وَحَمِدَ ، وَكَبَّرَ مِئَةً ، فَتِلْكَ مِئَةٌ بِاللِّسَانِ ، وَأَلْفٌ فِي الْمِيزَانِ ، فَأَيُّكُمْ يَعْمَلُ فِي الْيَوْمِ أَلْفَيْنِ وَخَمْسَمِئَةِ سَيِّئَةٍ ؟ قَالُوا : وَكَيْفَ لاَ يُحْصِيهَا ؟ قَالَ : يَأْتِي أَحَدَكُمُ الشَّيْطَانُ وَهُوَ فِي الصَّلاَةِ ، فَيَقُولُ : اذْكُرْ كَذَا وَكَذَا ، حَتَّى يَنْفَكَّ الْعَبْدُ لاَ يَعْقِلُ ، وَيَأْتِيهِ وَهُوَ فِي مَضْجَعِهِ ، فَلاَ يَزَالُ يُنَوِّمُهُ حَتَّى يَنَامَ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ buyurdu: “İki xislət var ki, onlara daim əməl edən müsəlman kimsə mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır. Sizdən hər biriniz beş namazın ardı ilə on dəfə təsbih (Subhən-Allah), on dəfə təkbir (Allahu Əkbər) və on dəfə təhmid (Əlhəmdulilləh) deyər”. Mən Allah Elçisinin ﷺ bunları barmaqları ilə saydığını gördüm: “Bu deyilənlər dildə yüz əlli, tərəzidə isə min beş yüzdür. Sizdən hər biriniz yatağına girdiyi zaman (otuz üç dəfə) “Subhən-Allah”, (otuz üç dəfə) “Əlhəmdulilləh” və (otuz dörd dəfə) “Allahu Əkbər” desin. Bu deyilənlər dildə yüz, tərəzidə isə mindir. Elə isə sizdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” (Səhabələrdən biri) dedi: “Necə ola bilər ki, onlar bunu daim etməsin?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona deyər: “Filan və filan işi xatırla”. Beləcə bəndə namazda qəflətə düşər və nə qədər qıldığını anlamaz. Həmçinin şeytan biriniz yatarkən yanına gəlib (zikr etmədən) onu yatızdırar”.”
İstinad
İbn Məcə, 926 (İqamətus-salat, 124)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr