Namazlara başlamaq və onda olan sünnələr

Namazın sonunda salamdan sonra nə deyilir?

حَدَّثَنَا الْحُسَيْنُ بْنُ الْحَسَنِ الْمَرْوَزِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ بِشْرِ بْنِ عَاصِمٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ , قَالَ : قِيلَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَرُبَّمَا قَالَ سُفْيَانُ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، ذَهَبَ أَهْلُ الأَمْوَالِ وَالدُّثُورِ بِالأَجْرِ ، يَقُولُونَ كَمَا نَقُولُ ، وَيُنْفِقُونَ وَلاَ نُنْفِقُ ، قَالَ لِي : أَلاَ أُخْبِرُكُمْ بِأَمْرٍ إِذَا فَعَلْتُمُوهُ أَدْرَكْتُمْ مَنْ قَبْلَكُمْ ، وَفُتُّمْ مَنْ بَعْدَكُمْ ، تَحْمَدُونَ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلاَةٍ ، وَتُسَبِّحُونَهُ ، وَتُكَبِّرُونَهُ , ثَلاَثًا وَثَلاَثِينَ ، وَثَلاَثًا وَثَلاَثِينَ ، وَأَرْبَعًا وَثَلاَثِينَ. قَالَ سُفْيَانُ : لاَ أَدْرِي أَيَّتُهُنَّ أَرْبَعٌ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Varlılar savabları götürdülər. Onlar bizim kimi deyirlər, mallarından xərcləyirlər, biz isə xərcləyə bilmirik”. Peyğəmbər ﷺ mənə dedi: “Sizə elə bir şey deyimmi ki, onu etdikdə sizi qabaqlayanlara çatasınız, sizdən sonrakılar da sizə çata bilməsinlər? Hər namazın sonunda “əlhəmdulilləh”, “Subhən-Allah” və “Allahu Əkbər” otuz üç, otuz üç və otuz dörd dəfə deyin”. Ravi Sufyan dedi: “Hansının otuz dörd dəfə olduğunu bilmirəm”.”

Əbu Zərr
Səhih

İstinad

İbn Məcə, 927 (İqamətus-salat, 125)

Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr