Namazın sonunda salamdan sonra nə deyilir?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ حَبِيبٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ (ح) وَحَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي شَدَّادٌ أَبُو عَمَّارٍ ، حَدَّثَنِي أَبُو أَسْمَاءَ الرَّحَبِيُّ , حَدَّثَنِي ثَوْبَانُ , إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ اسْتَغْفَرَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ يَقُولُ : اللَّهُمَّ أَنْتَ السَّلاَمُ ، وَمِنْكَ السَّلاَمُ ، تَبَارَكْتَ يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ.
“Səvban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazı bitirdikdə üç dəfə bağışlanma diləyər, sonra deyərdi: “Allahım! Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq olan) Sənsən və əmin-amanlıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi, Sən xeyirxahsan!””
İstinad
İbn Məcə, 928 (İqamətus-salat, 126)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr