Namaz qılanın önündən keçmək
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ سَالِمٍ أَبِي النَّضْرِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، قَالَ : أَرْسَلُونِي إِلَى زَيْدِ بْنِ خَالِدٍ أَسْأَلُهُ عَنِ الْمُرُورِ بَيْنَ يَدَيِ الْمُصَلِّي ، فَأَخْبَرَنِي عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لأَنْ يَقُومَ أَرْبَعِينَ ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْهِ. قَالَ سُفْيَانُ : فَلاَ أَدْرِي أَرْبَعِينَ سَنَةً ، أَوْ شَهْرًا ، أَوْ صَبَاحًا ، أَوْ سَاعَةً.
“Rəvayət edilir ki, Busr ibn Səid ﵀ demişdir: “Namaz qılanın qarşısından keçmək haqda soruşmaq üçün məni Zeyd ibn Xalidin yanına göndərdilər. O da Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etdi: “Birinizin qırx gözləməsi namaz qılanın qarşısından keçməsindən xeyirlidir”. Ravi Süfyan dedi: “Mən bilmirəm bu “qırx” ildir, aydır, gündür, yoxsa saatdır”.”
İstinad
İbn Məcə, 944 (İqamətus-salat, 142)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr