Namaz qılanın önündən keçmək
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَالِمٍ أَبِي النَّضْرِ ، عَنْ بُسْرِ بْنِ سَعِيدٍ ، أَنَّ زَيْدَ بْنَ خَالِدٍ أَرْسَلَ إِلَى أَبِي جُهَيْمٍ الأَنْصَارِيِّ يَسْأَلُهُ : مَا سَمِعْتَ مِنَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الرَّجُلِ يَمُرُّ بَيْنَ يَدَيِ الرَّجُلِ وَهُوَ يُصَلِّي ؟ فَقَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : لَوْ يَعْلَمُ أَحَدُكُمْ مَا لَهُ أَنْ يَمُرَّ بَيْنَ يَدَيْ أَخِيهِ وَهُوَ يُصَلِّي ، كَانَ لأَنْ يَقِفَ أَرْبَعِينَ , قَالَ : لاَ أَدْرِي أَرْبَعِينَ عَامًا ، أَوْ أَرْبَعِينَ شَهْرًا ، أَوْ أَرْبَعِينَ يَوْمًا , خَيْرٌ لَهُ مِنْ ذَلِكَ.
“Busr ibn Səid ﵀ rəvayət edir ki, Zeyd ibn Xalid “namaz qılanın qarşısından keçən adam haqda Peyğəmbərdən ﷺ nəyi eşitmisən?” soruşmaq üçün məni Əbu Cuheym əl-Ənsarinin yanına göndərdi. Zeyd ibn Xalidin yanına göndərdilər. O da dedi: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Namaz qılanın qarşısından keçməyin nə qədər günah olmasını bilsəydi, qırx gözləməyi üstün görərdi”. Ravi dedi: “Mən bunun qırx il, qırx ay və ya qırx gün olmasını bilmirəm”.”
İstinad
İbn Məcə, 945 (İqamətus-salat, 143)
Sunən İbn Məcə — Namazlara başlamaq və onda olan sünnələr